Azərbaycanda qeyri-adi tapıntı: çaya basdırıblarmış – VİDEO

18-04-2025, 15:14           
Azərbaycanda qeyri-adi tapıntı: çaya basdırıblarmış – VİDEO
Masallıda XIX əsrə aid 9 kitab tapılıb.
TEREF Baku Tv-yə istinadən xəbər verir ki, rayon sakini Rauf Cəbiyev kitabları Çaykeş çayından tapdığını bildirir.

“Bir tanışım sözügedən çayda 3 kisə kitabın olduğunu söylədi. İntensiv yağışlar səbəbindən çayda sel olduğuna görə yalnız bir kisəni tapdım”, – o deyib.

R.Cəbiyevin sözlərinə görə, yerli din xadimləri bu kitabların dini ədəbiyyat olduğu qənaətinə gəliblər:

“Kitabların üz qapağı heyvan dərisindəndir və şikəstə xətti ilə yazılıb. Kitablarda peyğəmbərimizin hədisləri, imamlarımız haqqında məlumatlar və Quranın təfsiri öz əksini tapıb”.

R.Cəbiyev kitablardan birinin yandırılmağa çalışdığını, amma yanmadığını söyləyib:

“Kitabın birində yanıq izləri var, lakin o yanmayıb”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru