İsmayıllıda qasırğanın fəsadları aradan qaldırırıldı

13-11-2015, 21:05           

Qasırğa İsmayıllıda da ziyansız ötüşmədi.
teref.aznun İsmayıllı rayonundan alrığı məlumata görə 12 noyabr 2015-ci il tarixdə gecə saatlarında rayon ərazisində baş verən güclü qasırğa nəticəsində rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Şəhər ərazisində yüksək gərginlikli elektrik xəttinin 1000 metrdən çox kabeli sıradan çıxmış, 4 dirəyi aşmışdır.
Ucqar dağların ətəyində yerləşən kəndlərin elektrik təchizatında küləyin törətdiyi qəzaların nəticəsi olaraq fasilələr yaranıb. Kəndlərdə evlərə ziyan dəyib. Evlərin dam örtükləri güclü külək nəticəsində ucurulub.
Rayondan əməkdaşımızın verdiyi xəbərə görə Gəraybəyli kəndində 2 evin üstünü külək atıb.
Rayon fövqəladə hallar komissiyası güclü küləyin təsirinə məruz qalan bütün yaşayış məntəqələrinin durumunu öyrənib, dəyən ziyanları və onların aradan qaldırılması tədbirlərini müəyyənləşdirib.
Rayon İcra hakimiyyəti bütün aid qurumları səfərbər etməklə qısa müddətdə daxili imkanlar hesabına dəyən ziyanı aradan qaldırıb. Elektrik enerjisi təchizatında heç bir problem qalmayıb.
teref.aznun əməkdaşının verdiyi xəbərə görə gərgin iş rejiminə gecən icra hakimiyyətinin əlaqədər qurumları ucqar kəndlərdə dəymiş ziyanların aradan qaldırılması üçün hər şeyi ediblər. İcra başçısınn bir başa tapşırığı ilə təbiətin şıltaqlığının rayona vurduğu ziyan rayonun öz rezervləri hesabına tam aradan qaldırılıb.
teref.az /İsmayıllı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.