Nərimanov polisi Binəqədi bələdiyyəsinin xanım sədrini saxlayıb

13-11-2015, 22:20           
Nərimanov polisi Binəqədi bələdiyyəsinin xanım sədrini saxlayıb
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və kadrları ilə bağlı hər gün ölkə gündəmini sensasiya doğuran xəbərlər zəbt etməkdədir

İki gün əvvəl Xaləddin İsgəndərova etimadını qazanmış bələdiyyə sədri olan xanım kadrlarından biri (hazırda onun kimliyi barədə dəqiqləşmə aparırıq) Nərimanov rayon polisi tərəfindən saxlanılıb.

Verilən məlumata görə, yanında bir nəfər dostu olan bələdiyyə sədri bir gecə polis bölməsində qalmalı olub. Gecə saatlarında saxlanılan hər iki şəxsin üzərindən narkotik maddə tapıldığı bildirilir.

İstiqlal.az-ın araşdırmasına görə, Xaləddin İsgəndərovun etimadını qazanmış qadın bələdiyyə sədri iki nəfərdir. Onlardan biri Binəqədi kənd bələdiyyəsinin sədri Aytac Əliyeva, digəri isə Binəqədi rayon bələdiyyəsini sədri Sitarə Cabbarlıdır.

Qeyd olunur ki, bütün iclaslarda xanım kadrlarını kişi kadrlarına nümunə göstərən X.İsgəndərov üçün son olay gözlənilməz olub. Yaxın günlərdə X.İsgəndərovun bu məsələ ilə bağlı qərar verəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru