Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 30 il ötür

16-07-2019, 00:00           
Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 30 il ötür
Bu gün Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın – Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 30 il ötür.
AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.
AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü – Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.
1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru