Vergi Məcəlləsinin «ən pis» maddəsi dəyişdirilir - AÇIQLAMA

27-10-2019, 14:51           
Vergi Məcəlləsinin «ən pis» maddəsi dəyişdirilir - AÇIQLAMA
Xəbər verildiyi kimi, 2020-ci ildən Vergi Məcəlləsinə növbəti dəyişikliklər nəzərdə tutulur. Məcəlləyə dəyişikliklərdə bir sıra maraqlı məqamlar var.

Teref.az xəbər verir ki, bunlardan biri 166-cı maddənin dəyişdirilməsidir. Bakı Hesabat Mərkəzinin direktoru, Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini, ekspert Mehdi Babayev FED.az-a açıqlamasında 166-cı maddəni Məcəllənin ən pis, hətta «ən iyrənc» maddəsi adlandırıb.

Onun sözlərinə görə, sözügedən maddənin indiyədək olan redaksiyası və burada nəzərdə tutulan məqamlar sahibkarları əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmaqdan çəkindirən birincə səbəb idi: «Bu maddə vergi ödəyicilərini əlavə dəyər vergisi olmağından çəkindirirdi. Ümumiyyətlə əlavə dəyər vergisinə, vergiyə kölgə salan bir maddə idi. İnsanları vergidən iyrəndirən, ondan çəkindirən, qorxudan bir maddə idi»-deyə mütəxəssis bildirib.

Ekspert bildirir ki, vergiyə ƏDV-yə cəlb olunan məbləğin hesablanmasına aid olan bu maddə olduqca mürəkkəb və qeyri-müəyyən hesablama üsulu nəzərdə tuturdu: «Vergiyə cəlb olunan dövriyyənin hesablanmasında həm texniki olaraq, həm də riyazi olaraq çox böyük çətinlik var idi. Bunun üçün çoxlu prosedurlardan keçmək lazım idi. Hesablamalar mərhələlərə bölünürdü axırda bir vergi tutulan dövriyyəni hesablayırdılar».

Məcəlləyə budəfəki dəyişikliklərdə isə həmin maddənin yeni daha sadə versiyası təklif olunur: «Yeni variantda bu proses o qədər sadələşdirlib ki, mən düşünürəm ki, bundan sonra vergi ödəyiciləri ƏDV ödəyicisi olmaqdan çəkinməyəcəklər. Ona görə də hətta ƏDV vergi ödəyicisilərinin sayının artması da gözənilir»- deyə Mehdi Babayev bildirib.

M.Babayevin sözlərinə görə, ƏDV dəyər vergisi ödəyicisi olmağın böyük əhəmiyyəti var. Belə vergi ödəyiciləri öz gəlir- xərclərinin uçotunu aparmağa məcbur olur: «Əlavə dəyər vergi ödəyicilərində ümumiyyətlə başqa mədəniyyət formalaşır. Onlar əsl ödəyici olurlar». /FED.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.