"Ata Abdullayevin Mətbuat Şurası ilə,hətta mətbuatla və şəxsən mənimlə heç bir bağlılığı yoxdur..."

22-11-2019, 10:58           
"Ata Abdullayevin Mətbuat Şurası ilə,hətta mətbuatla və şəxsən mənimlə heç bir bağlılığı yoxdur..."
"Bəzilərinin əlinə fürsət düşüb. Çalışırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyanla uğursuz dialoq aparan Ata Abdullayevi Mətbuat Şurasına bağlı biri kimi göstərsinlər. Belələrinə cavab verməyə bəlkə də lüzum yoxdur".

Teref.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

Ə.Amaşov deyib ki, Ata Abdullayevin nəinki Mətbuat Şurasına hətta mətbuata belə heç bir dəxli yoxdur:

"Onların rahat olmaları üçün deyim ki, Ata Abdullayevin Mətbuat Şurası ilə,hətta mətbuatla və şəxsən mənimlə heç bir bağlılığı yoxdur. Sosial şəbəkələrdə belə bizi heç nə bağlamır. Azad sənətkardır, kefi haraya istəyirsə gedir, nə ağlına gəlirsə danışır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru