Sənədsiz evlərlə bağlı müjdə

19-12-2019, 18:43           
Sənədsiz evlərlə bağlı müjdə
Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib
Bakının müxtəlif rayonlarında qanunsuz tikilən evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, artıq paytaxtın müxtəlif rayonlarında sakinlərlə sorğu-sual aparılır, onlarda qanunsuz tikili ilə bağlı hansı sənədlərin olduğu araşdırılır.

Sputnik Azərbaycan-a bu barədə məlumat verən sakinlər bildiriblər ki, onlara bələdiyyələr tərəfindən sorğu blankları verilir və torpaq üçün hansı sənədlərinin olduğu barədə məlumat alınır. Bakının Binəqədi rayonu, eyni adlı qəsəbəsinin sakini Esmira Nuriyeva Sputnik Azərbaycan-a bildirib ki, evlərin sənədləşməsi məqsədilə bələdiyyə müfəttişləri qəsəbə ərazisində sakinlərlə görüşür, lazımi məlumatlar alırlar: "Bizim bələdiyyəyə getməyimizə ehtiyac yoxdur. Sağ olsun bələdiyyə müfəttişləri, qapı-qapı döyüb evlərimizin, torpağın sənədləri ilə maraqlanırlar. Bizə deyirlər ki, qanunsuz evlər sənədləşdiriləcək. Bu məlumatlar da ona görə toplanır".

Sorğu blankı
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva sakinlərin dediklərini təsdiqləyib. Bildirib ki, artıq bir müddətdir ki, qanunsuz evlərin sənədləşdirilməsi istiqamətində işlərə başlanılıb:

"Bələdiyyə işçiləri qəsəbə ərazisindəki evlərin hansı sənədlərinin olduğunu araşdırır. Sorğu blanklarında isə evin hansısa kommunikasiya xəttinin üzərində, yaxud mühafizə zolağında inşa olunub-olunmadığı və sair məsələlər var. Elə evlər var ki, torpağın bələdiyyə sənədi var, yaxud da icradan hər hansı sənəd verilib. Bütün bunların uçotu aparılaraq rayon icra hakimiyyətinə təhvil veriləcək".
A.Əliyeva artıq qəsəbə ərazisində qanunsuz evlərin 60 faizi barədə dolğun məlumatların əldə edildiyini söyləyib.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sənədsiz evlərlə bağlı Prezident Administrasiyası rəhbəri sərəncam verib. Həmin sərəncamla reyestrdən keçməyən evlərin sənədləşdirilməsi ilə bağlı 26 sualdan ibarət sorğu blankı hazırlanıb: "Bu suallar yaşayış evinin və torpaq sahəsinin ünvanı, yaşayış evinin və torpaq sahəsinin sahibi, yaşayış evinin tikintialtı sahəsi, evin hündürlüyü və evin mərtəbəliliyi, otaqların sayı, kommunikasiyalarla təminatı, evin inşa olunduğu il, evin tikintisinə dair sənədlər, evdə yaşayan şəxslər barədə məlumatlar, yaşayış evinin dövlət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.