Bakı şəhərində dələduzluqla məşğul olduğu deyilən Kamil Hacıyev niyə həbs olunmur?

30-12-2019, 12:47           
Bakı şəhərində dələduzluqla məşğul olduğu deyilən Kamil Hacıyev niyə həbs olunmur?
Kamil Hacıyev iş düzəltmək adı ilə insanların xeyli pulunu mənimsəyib

Bir neçə ay öncə Kamil Hacıyev adlı şəxsin əməllərindən maddi ziyan çəkən vətəndaşlar redaksiyamıza müraciət edərək bu problemlərin ictimailəşdirməyimizi bildirmişdilər. Biz isə bununla bağlı saytımızda "Bakı şəhərində Kamil Hacıyev adlı təhlükəli dələduz peyda olub" başlıqda məqalə yazaraq ictimailəşdirdik.

Üstündən bir neçə ay keçməsinə baxmayaraq, həmin şikayətçilər yenidən redaksiyamıza gələrək hələ də Kamil Hacıyev adlı şəxsin onların pullarını qaytarmadıqlarını və işin Binəqədi rayon Məhkəməsində olduğunu bildirdilər.

Şikayətçilər bildirirlər ki, ayrı – ayrı insanlardan müxtəlif bəhanələrlə pul alıb qaçan və aldığı pulu geri qaytarmaq istəməyən şəxs Kamil Hacıyev hələ də azadlıqdadır.

Şikayətçilərin verdiyi xəbərə görə, Kamil Hacıyev dələduzluq əməlini uzun illər hüquq – mühafizə orqanlarında çalışmış qardaşı Makif Hacıyevə və hazırda hüquq – mühafizə orqanlarında çalışan oğluna arxalanaraq edir.

Qeyd edək ki, Kamil Hacıyevin oğlu Hacıyev Şəhriyar Kamil oğlu Səbail rayon Polis İdarəsinin 9 - cu bölməsində kapital rütbəsi daşıyır və xeyli müddət təhqiqatçı vəzifəsində işləyir. Kamil Hacıyevin dələduzluq əməlini həm də onun oğluna arxayın olaraq, törətdiyini də ehtimal etmək olar.

Qardaşına Kamil Hacıyevin dələduzluq əməli ilə bağlı məlumat verilsə də, bu xəbərdarlıq Kamil Hacıyevin cinayət əməlindən əl çəkməsinə təsir göstərməyib.

Kamil Hacıyevin dələduzluq əməlinin qurbanlarının verdiyi xəbərə görə, O. öz çirkin əməlini həyata keçirmək məqsədilə bir sıra yüksək vəzifəli şəxslərlə əlbir olaraq, rüşvət vasitəsilə iş düzəltməklə məşğuldur.

Məsələn, Kamil Hacıyev Təhsil Nazirliyinin işçisi kimi təqdim etdiyi Saməddin adlı şəxslə ( mobil nömrəsi 050 612 99 66) əlaqəyə girərək, nazirlikdə bir sıra məsələlərin həll edilməsi ilə məşğul olur. Kamil Hacıyevin rüşvət əsasında əlaqəyə girib, Təhsil Nazirliyində müxtəlif işləri düzəltmək adı ilə pulunu aldığı insanlara verdiyi məlumata əsasən, o, Təhsil Nazirliyində istənilən adamın problemini rüşvət vasitəsi ilə həll edə bilir.

Hazırda redaksiyasımıza Kamil Hacıyev adlı şəxsin dələduzluq əməli barədə şikayətlər daxil olmaqda davam edir.

Əziz oxucular, Bakı şəhərində yaşayan və dələduzluq fəaliyyəti göstərən bu şəxslə qarşılaşdıqda ehtiyatlı olaun və dərhal yaxınlıqdakı hüquq – mühafizə orqanlarına məlumat verin.

Millətinsəsi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.