Əli Əsədov bu qərarda dəyişiklik etdi

30-12-2019, 17:35           
Əli Əsədov bu qərarda dəyişiklik etdi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar verib.

Axar.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli, 514 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən (o cümlədən, maliyyə yardımı alan) təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətləri əvvəlki illərdə olduğu kimi, 01 yanvar 2020-ci ildən də müddətli əmək müqaviləsi və ya müddəti bəlli olan konkret layihələrin, proqramların yerinə yetirilməsi ilə bağlı isə mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru