"Nizamnaməyə görə Əli Kərimli mənim fəaliyyətimə mane ola bilməz" - QALMAQAL

8-01-2020, 20:57           
"Nizamnaməyə görə Əli Kərimli mənim fəaliyyətimə mane ola bilməz" - QALMAQAL
"Nizamnaməyə görə Əli Kərimli mənim fəaliyyətimə mane ola bilməz"
"AXCP sədri Əli Kərimli siyasi fəaliyyətində demokratik, hüquqi dövlət uğrunda mübarizə apardığını bəyan etsə də, özü mahiyyət etibarı ilə antidemokratik insandır və rəhbərlik etdiyi təşkilatda avtoritar rejim yaradaraq, partiyanı diktatura qaydası ilə idarə edir".
Bunu “Ölkə.Az”a açıqlamasında AXCP Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Ə.Kərimli bu gün partiyada alternativ, fərqli fikirlərə imkan vermir. “Fərqli fikir bildirən şəxslər sıxışdırılır, hətta onlara müxtəlif formalarda psixoloji təzyiqlər edilir, bezikdirilərək AXCP sıralarından uzaqlaşdırılır. Mən də partiya daxilində səsləndirdiyim alternativ fikirlərə görə təzyiqlərə məruz qalmışam. NTK sədri kimi fəaliyyətim məhdudlaşdırılıb və fəaliyətimə imkan verilmir. Baxmayaraq ki, Nizamnaməyə görə, Ə.Kərimli mənim fəaliyyətimə mane ola bilməz. Ancaq Kərimli Nizamnaməyə zidd olaraq antidemokratik formada fəaliyyətimə maneçilik yaradıb”-A.Əliyev bildirib.

Aralarında yaranan fikir ayrılığından danışan Aydın Əliyev bildirib ki, ziddiyyətlər hələ 2013-cü ildə partiya üzvü olmayan şəxsin Cəbrayıl rayon təşkilatına sədr seçilməsi təklifindən sonra başlayıb: “O zaman mən dedim ki, birinci, bu şəxs partiya üzvü deyil və belə bir şəxsin rayon təşkilatına sədr seçilməsi birmənalı qarşılanmayacaq. O isə dedi ki, gedin, onu sədr edin. Təcili partiyaya üzv edin və sədr seçin. Rayon təşkilatının üzvləri də bu məsələyə ciddi etiraz etdi. Buna görə də Ə.Kərimli onun sifarişini icra etmədiyim üçün məni qınadı. Kərimlinin Cəbrayıl təşkilatına sədr seçmək istədiyi Mehdiyev Sərvər imkanlı olduğu üçün onu sədr seçdirmək istəyirdi. Məqsəd də bəlli idi. Onun imkanlarından istifadə etsin. Bundan sonra Əli Kərimlinin mənimlə münasibəti soyudu. Ona görə də 2015-ci ildə partiyanın qurultayında NTK-ya üzv seçildikdən sonra mənim sədr seçilməyimə ciddi maneçilik yaratdı. Əli Kərimli düz 3 ay NTK sədri seçilməsinə imkan vermədi. Əli Kərimli NTK sədri kimi Təzəxan Mirələmi və Murad Soltanovu istəsə də, üzvlər ona səs vermədilər. Onlara nə qədər təzyiqlər edilsə də, NTK-ya seçilənlər ancaq mənim sədr seçilməyimi tələb edib, mənə səs verdilər. Mən sədr seçilsəm də, Əli Kərimli mənim fəaliyyətimi məhdudlaşdırdı. Yaranmış vəziyyəti müzakirə edib, problemi həll etmək üçün Əli Kərimli ilə görüşməyə cəhd etməyə çalışsam da, nəticə vermədi. Mən də məcbur olub məsələni hüquq müstəvidə, məhkəmədə həll etmək qərarına gəldim. Bununla bağlı olaraq 2019-cu ilin noyabrında Nəsimi rayon Məhkəməsinə müraciət etdim. Məhkəməyə müraciət edərək NTK sədr kimi fəaliyyətimin təmin edilməsi barədə qətnamə çıxarılmasını tələb etmişəm”.
O, deyib ki, artıq 2019-cu ilin dekabrın 16 və 25-də iki məhkəmə baxışı olub, ancaq nə AXCP sədri Əli Kərimli özü, nə də səlahiyyətli nümayəndəsi iştirak edib: “Növbəti məhkəmə prosesi isə yanvarın 9-dda Nəsimi məhkəməsində hakim Cəmilə Musayaevanın sədrliyi keçiriləcək. Bu, üçüncü məhkəmə prosesi olacaq. Məhkəmədə qarşı tərəf iştirak etməsə belə, məhkəmə qətnamə çıxarmaq hüququna malikdir”.

NTK sədri Aydın Əliyev onu da deyib ki, məhkəmədə iştirakla bağlı ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avropa Birliyi ölkələrinin Bakıdakı səfirlərinə müraciət etmişəm. Səfirliklərə müraciətində Aydın Əliyev bildirib ki, mənə ən böyük zərbəni AXCP sədri Əli Kərimli vurub. Belə ki, Əli Kərimli partiyanın idarə olunmasında alternativ fikirdən, demokratik idaetmə prinsip və qanunlardan çox uzaqdır: “O, mənim proseslərə yanaşmanı, partiya daxili idarə etmənin şəffaflığını tələb etdiyim üçün AXCP-nin Nizamnaməsinə zidd olaraq məni partiyanın fəaliyyətindən uzaqlaşdırıb. Sizi yanvarın 9-da keçiriləcək məhkəmə prosesində iştiraka dəvət edirəm”.

Məhkəmə çəkişməsindən sonrakı fəaliyyətinə gəldikdə NTK sədri onu da bildirib ki, partiyadan uzaqlaşmaq niyyəti yoxdur. “Əsas fəaliyyəti AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətini ifşa etmək olacaq. Mən bu siyasi dəllaların xalqı necə aldatdığını cəmiyyətə çadıracağam. Məqsədim 30 ilə yaxın müddətdə bu siyasi dəllalların xalqı necə aldatdıqlarını açıqlayacağam. Bu insanlar siyasi partiya lideri olaraq xalqa yağlı vədlər verib, onların hüquqlarını qoruyacaqlarını bəyan etdikləri halda, heç bir qaydanı və partiya Nizamnaməsini pozmayan, əksinə onun müddəalarının bəndlərinin icrasını tələb edən şəxsin hüquqlarını kobud şəkildə pozaraq təşkilatın sıralarından uzaqlaşdırmağa çalışırlar. Hansı ki, NTK sədrinin fəaliyətini məhdudlaşdırmaq və onun partiya sırlarından çıxarmaq Əli Kərimlinin səlahiyyətində aid deyil. Bir daha bəyan etmək istərdim ki, Əli Kərimli AXCP-də bir diktatura rejimi qurub və partiyanı bu formada idarə edir. Partiyada fərqli fikir bildirən şəxsləri müxtəlif vasitələrlə təşkilatın sıralarından uzaqlaşıdırır. AXCP-də çoxları onun bu fəaliyyətindən narazıdır, sadəcə səslərini çıxara bilmirlər. Çünki aqibətlərinin necə olacaqlarını yaxşı bilirlər. Bu adam bir şəxsin hüququna hörmət etmirsə, xalqın qeydinə necə qalacaq, onlaırn hüquqlarını necə müdafiə edəcək. Onun dedikləri ilə əməli bir-birinə ziddiyyət təşkil edir. Belə bir insanın nə AXCP rəhbəri olmağa, nə də xalqın adından danışmağa haqqı yoxdur” A.Əliyev bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.