Ali məktəblərə yaz və yay qəbul imtahanlarının vaxtı açıqlanıb -CƏDVƏL
22-01-2020, 22:08
2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.
DİM-dən APA-ya verilən xəbərə görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcək.
XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.
Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.
İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.
2020-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların tarixləri
Tədbir
Tarix (2020-ci il)
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı
İMTAHAN
26 yanvar
Sınaq imtahanı
18 yanvar
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu
QƏBUL İMTAHANI
23 fevral
Sınaq imtahanı
2 fevral
Rezidenturaya qəbul
QƏBUL İMTAHANI – 1-ci mərhələ
19 aprel
QƏBUL İMTAHANI – 2-ci mərhələ
17 iyul
Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı
1-ci imtahan
3 may
2-ci imtahan
31 may
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı
16 fevral
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə
26 aprel
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı
26 aprel
Ali təhsil müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin
məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı
26 aprel
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı)
11 may
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı)
17 may
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı)
28 iyun
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay
imtahanı)
10 iyul
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına
qəbul imtahanı
19 iyul
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə
qəbulu
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)
29 mart
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (I mərhələ)
29 mart
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı
(I mərhələ)
29 mart
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları)
5 iyul
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (II mərhələ)
5 iyul
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari
ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (II mərhələ)
5 iyul
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün)
26 aprel
Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı
26 aprel
Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil
aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı
26 aprel
Buraxılış imtahanları
İlk peşə-ixtisas təhsili müəssisələri
16 fevral
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan
dili imtahanı
17 fevral
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət
1 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət
9 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət
15 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat
qaydasında imtahan verənlər üçün)
29 mart
Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycan
dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı
3 may
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət
7 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət
14 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət
21 iyun
Ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)
5 iyul
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət
5 aprel
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət
12 aprel
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət
19 aprel
Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün)
26 aprel
Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı
3 may
Buraxılış,II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün)
6 sentyabr
Dövlət qulluğuna qəbul
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar
26 yanvar, 16 fevral, 15
mart, 12 aprel, 3 may, 21
iyun, 19 iyul, 16 avqust,
27 sentyabr, 25 oktyabr,
22 noyabr, 20 dekabr
Elektron sınaq imtahanları
17, 22, 29 yanvar
Vəkillər Kollegiyasına üzv olmaq üçün elektron imtahan
31 yanvar