MSK sədri: “Bu gün Azərbaycanda tarixi gündür”

9-02-2020, 09:34           
MSK sədri: “Bu gün Azərbaycanda tarixi gündür”
“Bu gün Azərbaycanda tarixi gündür”.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərində səsvermənin başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

M. Pənahov qeyd edib ki, MSK KİV-in fəaliyyətinə xüsusi diqqət yetirir: “Yerlərdə olan qanun pozuntuları ilə bağlı məlumat almağımız üçün sizin fəaliyyətiniz əvəzedilməzdir. Bununla yanaşı, seçkiləri kifayət qədər çox sayda müşahidəçi də izləyəcək”.

MSK sədri qeyd edib ki, Məntəqə Seçki Komissiyası üzvlərinin əsas işi məntəqələrdə seçkinin gedişini normal təmin etməkdir: “Bu gün məntəqələrin əsas sahibi seçicilərdir. MSK seçicilərin konstitusion hüququndan istifadə edə bilməsi üçün çalışıb, onların azad səsverməsi üçün bütün şərait yaradılıb. Nə komissiyaların, nə də KİV-in seçicilərin bu hüququndan istifadə etməsinə mane olmaq hüququ var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.