ŞOK İDDİA: “Zaferoğlu İnşaat“ intihar edən polkovnik İlqar Əliyevə məxsus imiş?

22-12-2015, 01:38           
ŞOK İDDİA: “Zaferoğlu İnşaat“ intihar edən polkovnik İlqar Əliyevə məxsus imiş?
“Zaferoğlu İnşaat” şirkətinin milyonla manat dövriyyəsi olsa da, dövlətə ödədəiyi vergi qəpik-quruşdur. Son bir neçə ildə şirkətin həyata keçirtdiyi bir çox dövlət səviyyəli işlərdə də pay alması “Zaferoğlu İnşaatın” himayədarının dərin olduğunu göstərib və Zəfər Məmmədov bunu inkar belə etməyib.
Ötən gün ölkədə tikinti, təmir dizayn işi ilə məşğul olan “Zaferoğlu İnşaat” şirkətinin MTN-nin həbs olunan generalı Akif Çovdarov və axtarışda olan iş adamı “Akula ləqəbli” Akif Musatafayevlə əlbir olması ilə bağlı məlumat vermişdik. Həmin məqalədən sonra azmedia.info-saytı tərəfindən yayımlanan “Zaferoğlu İnşaat” şirkəti ilə bağlı daha bir ilginc məlumatı ixstisar etmədən, olduğu kimi oxucularımıza təqdim edirik.
“Saytınızda “Zaferoğlu İnşaat” şirkətinin sabiq MTN generalı Akif Çovdarova və axtarışda olan iş adamı “Akula” ləqəbli Akif Mustafayevlə bağlı olması ilə bağlı yazı dərc etmisiniz. Sizə bildirirəm ki, əslində saytınıza həmin məlumatı göndərən mənbəniz bəzi məsələlərdə bilərəkdən yanlışlığa yol verib. Belə ki, “Zaferoğlu İnşaaat” şirkəti sabiq MTN işçiləri ilə bağlılığı olub ancaq Akif Çovdarovla Akif Mustafayevin himayəsində olmayıb. Bildirim ki, Zəfər Məmmədov həqiqətəndə MTN yüksək rütbəli şəxsləri ilə bir çox bağlılığı var. Bu bağlılığın əsas simalarından biri isə həbs olunan MTN polkovniki İlqar Əliyevdir. (Dünən İlqar Əliyev Bakı İstintaq Təcridxanasının kamerasında özünü asıb. Red!).”Zaferoğlu İnşaat” şirkəti məhz İlqar Əliyev iərəfindən təsis edilib. İlk vaxtlar əsasən MTN zabitinin ev və malikanələrini güzəştli təmir, dizayn etməklə məşğul olub. Daha sonra isə şirkət böyüdülərək əsasən İlqar Əliyevin nəzarətində olan çirkli pulları xaricə çıxarılmasında rol alıb. Zəfər Məmmədovu da şirkətin başına İlqar Əliyev keçirib. Əslində bu gəncin heç bir qaynağı olmadan böyük şirkətə sahib olması da bunu açıqca sübut etməkdədir. Zəfər Məmmədovun xaricdə tez-tez olması və ilin yarısını əsasən Dubayda keçirməsi də bunu isbatlamaqdadır.
“Zaferoğlu İnşaat” şirkəti məhz İlqar Əliyevin dəstəyi ilə milyonla manat dövriyyəsi olsa da, dövlətə ödədəiyi vergi qəpik-quruşdur. Bunu yoxlamaq elə də çətin deyil. İstənilən halda “Zaferoğlu İnşaat”ın fəaliyyəti və ödədiyi vergi yoxlanıla bilər. O zaman məlum olacaq ki, Azərbaycanda bir çox şirkətlər kimi gördüyü işlərin əksəriyyətini gizlətməklə dövlət vergisindən hər il milyonları yayındıran şirkətlərdən biri də “Zaferoğlu İnşaat”dır. Zəfər Məmmədov bunu inkar etsə də şirkətin mühasibatlığı və onunla münasibətləri olan vergi işçiləri bu məsələni daha yaxşı bilirlər. Əgər Zəfər Məmmədov mənim dediklərimi inkanr edirsə, o zaman bu gənc yaşlarında bu qədər sərvəti hardan əldə etdiyini açıqlasın.Son bir neçə ildə şirkətin həyata keçirtdiyi bir çox dövlət səviyyəli işlərdə pay alması məhz “Zaferoğlu İnşaatın” himayədarının dərin olduğunu göstərib və Zəfər Məmmədov bunu inkar belə etməyib. Əksinə həmişə arxasında çox ciddi və qüdrətli birisinin olduğunu bildirib. Zəfər Məmmədov hər yerdə ağız dolsusu danışır ki, o şirkətini heç kimin dəstəyi olmadan təkbaşına əzab əziyyətlə bu səviyyəyə qaldırıb. Ancaq bu pafoslu sözlərə onun özü belə inanmır. Sadəcə belə demək məcburiyyətindədir.
Bildirirəm ki, şirkət rəhbəri məhz İlqar Əliyevin himayəsi altında bir çox işlərə imza atıb. Hətta BƏƏ, Türkiyədə, Gürcüstanda, Moldovada və digər ölkələrdə görülən işləridə adı çəkilən polkovnikin maliyyə qaynaqları kimi fəaliyyət göstərib. Şirkət müdiri bunu inkar edə bilər. Ancaq artıq MTN-zabitlərinə bağlı şirkətlər, müəsissələrlə bağlı araşdırmalar aparılır.Və təbii ki, bu araşdırmalarda “Zaferoğlu İnşaat” şirkəti ilə polkovnikin əlaqələrinə aid dəlillər ortaya çıxacaq”. (Azmedia.info)
teref.az olaraq “Zaferoğlu İnşaat” şirkəti ilə əlaqə qura bilməsək də, şirkətin mövqeyini və bütün başqa iddialarını dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.