SON DƏQİQƏ: Mübariz Mənsimov bu ittihamla həbs olunub - FOTO/VİDEO (YENİLƏNDİ)
17-03-2020, 13:28
İstanbul Növbətçi Sülh Cəza Hakimliyi Mübariz Mənsimovun həbsinə Türkiyə Cümhuriyyəti Konsitutsiyasının 314.2-ci maddəsi əsasında qərar verib.
Publika.az xəbər verir ki, bu maddə silahlı terror qruplaşmasına üzv olmaq cinayətini ehtiva edir.
Qeyd edək ki, 15 mart tarixində İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu şübhəlilər haqqında şikayət, xəbərdarlıq və İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan təsbitlər istiqamətində başladılan istintaq əməliyyatları çərçivəsində axtarış və saxlanılma qərarı verilmişdi.
Bu da o deməkdir ki, Mübariz Mənsimov haqqında prokurorluğa şikayət daxil olub.
***
10:04
“Milliyet”in xəbərinə görə, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan Mübariz Mənsimov Qurbanoğlu və şirkətinin meneceri Nuray Nurcihan Perker dünən axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.
Qurbanoğlu və Perker ifadə verdikdən sonra haqlarında həbs tələbi ilə məhkəməyə göndərilib.
Perker şərti azadlığa buraxılıb, Mənsimov isə həbs olunub.
***
09:39
“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Qeyd edək ki, Mənsimov Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqələri olduğu ittihamı ilə saxlanılmışdı.