Nəqliyyat nazirliyinin qalan səlahiyyətlərinin bir hissəsidə alındı VİDEOP

23-12-2015, 11:36           
Nəqliyyat nazirliyinin qalan səlahiyyətlərinin bir hissəsidə alındı VİDEOP
Nəqliyyat Nazirliyinin, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin bəzi səlahiyyətləri yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə verilib.

teref.aznun məlumatına görə, bu quruma paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq tapşırılıb.

Əsasnaməyə görə, agentlik həm taksi, həm də avtobus sürücülərinə xüsusi hazırlıq kursları keçməlidir.

Nəqliyyat işinin səmərəli təşkili üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də agentliyin tabeliyinə verilib. Duracaq yerlərinin təşkili üçün parkomatlar da Bakı Şəhər İcra Hakimiyyətidən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə oluna bilər.

"Nəqliyyat Nazirliyinin avtonəqliyya idarəsinin Bakı regional idarəsi məşğul olurdu. Bu idarədə iki funksiya var idi. Həm yük, həm də sərnişindaşımaların təşkili. Yükdaşıma qaldı, amma sərnişindaşıma tam olaraq verildi agentliyə”, – deyə nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

Ekspertin fikrincə, sərnişindaşımada əsas iki çatışmazlıq hökm sürür. Bunlardan biri təhlükəsizlik, nizam-intizamla bağlıdır. Başqa sözlə avtobuslar sərnişini mənzil başına sağ-salamat çatdırmaq üçün təhlükəsizlik tələblərinə cavab vermir. Burada sürücü faktoru da var.

İkincisi marşrut xəttləri səmərəli deyil. Bəzi xətlərin ləğvi, digərlərinin birləşdirilməsi və ya dəyişdirilməsi sərnişindaşımadakı problemləri hələ də həll etməyib.

Yeni yaradılan qurumun qarşısında Bakı şəhərində ictimai nəqliyyatın təşkili ilə bağlı konkret vəzifələr qoyulub. ameborder="0" allowfullscreen>

Bakı, Sumqayıt istisna olmaqla digər şəhərlərdə sərnişindaşımanı Nəqliyyat Nazirliyi icra edəcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.