İllərlə uzanan"Təzə bzar" davası
27-04-2015, 10:03
Hörmətli “Təzadlar”! Bu günlərdə sizin qəzetdə iki qohum sahibkarın mülk davasına dair bir yazını oxudum... Sabirabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum prezident Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamı ilə işdə yol verdiyi kobud qanun pozuntularına görə 5-6 aylıq icra başçısı olmaq şansına “yox!” deyilmiş, nəhayət “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə onu (oxu: V.Şıxəliyevi) özünə şərik etmiş (yaxın qohumluq əlaqəsinə etimad kimi) “Təzə Bazar” MMC-nin sahibi Məmmədağa İbrahimov adlı iş adamı arasında neçə ildir davam edən münaqişə barədə kiçik bir araşdırma apardım... İnanın, dəhşətə gəldim. Məlum olur ki, təkrar edirəm, M.İbrahimovun qohumluğu nəzərə alaraq övladının naminə sahibi olduğu bazara şərik etdiyi Vaqif Şıxəliyev “qaşına-qaşına, indi də çıxmaq istəyir ocaq başına”! Tamahmı güc gəlir, iştahmı hər şeyə hakim kəsilib, bilmirəm. Amma onu bilirəm ki, belə insanların cəmiyyətimizə bu cür pis nümunə vərdişləri gətirməsi olduqca qorxuludur.
Bu hələ harasıdır, qudası V.Şıxəliyevin ölçüyəgəlməz qanunsuz-divansız hərəkətlərindən bezən M.İbrahimovun, görün canı boğazına necə yığılıb ki, o, hər şeyə tüpürüb nazir Ramil Usubova müraciət edir ki, cənab nazir, bu şər-şəbədə dağarcığı sizin adınızdan sui-istifadə edir, polis orqanlarındakı bəzi maymaq, Vaqif Şıxəliyevin yağlı dilinə, yalan-palanlarına... inanıb qanuni vəzifələrini yerinə yetirməyən məmurlar var, tədbir görün. Niyə? Ona görə ki, qanunu pozan özunu nazirin dostu və adamı kimi təqdim edən, keçmiş deputat, indi Daşkəsənin icra bağşısı, bazardakı halal olmayan payına şərik etdiyi Əhəd Abiyevin zəng imkanlarından da istifadə edən Vaqif Şıxəliyevdir...
Soğan yeməmisənsə, bəs için niyə göynəyir???
Böyük sərkərdə Şeyx Şamil deyirmiş ki, “Aqibətini düşünən əsgərdən igid şıxmaz!”.
Amma Məmmədağa İbrahimov bu qarşıdurmada və qudasının şərində qətiyyən igid olmaq barədə düşünmür. Elə ona görə də özünü deyil, ilk növbədə abır-ismətini, övladlarının aqibətini düşünür... Baxmayaraq ki, bu məsələdə-qohumluqda Vaqif Şıxəliyevin də övladı düşünülür. Daha doğrusu, M.İbrahimov düşünür. Ata-ağsaqqal yaşını yola verən Vaqif Şıxəliyevin isə düşündükləri tamam başqa şeylərdir. Məsələn, o, düşünür ki, qudası, onu özünə şərik eləmiş M.İbrahimova necə “yüksək səviyyədə” şər atsın, başını qatsın, onu həyatda heç vaxt görmədiyi adamlarla necə şərləsin? Məsələn, bağını əvvəlcə özününkü kimi təqdim edib ara qarışdırsın, baş qatmaq üçün satmaq adı ilə M.İbrahimovun Novxanıdakı bağ evinə şərti alıcı göndərsin, M.İbrahimovun əsəblərini oynatsın... Yaxud, o, belə də edir: bu fırıldağın üstü polis tərəfindən faş ediləndən sonra özünün bağ torpağını əvvəlcə yaxın dostu, bu qalmaqallarda “dəyərli məsləhətlər aldığı” Əhəd adlı bir məmurun adına sənədləşdirir, bununla da “ilanı Seyid Əhməd əli ilə tutmaq” istəyir, həmin dostu sonda bir gün pərdənin açılacağını, hər kəsin sifətindəki maskanın bəlli olacağını başa düşdüyündən bu sövdələşmədən vaz keçir... Sonra ortaya bir başqasını atır... İndi həmin adamı oyuna qoşub. Bilə-bilə ki, bu hərəkətlər çox ayıblı bir işdir, ağsaqqal adama qətiyyən yaraşmayan uşaq oyunlarıdır, yenə də əməlindən qalmır...
Şəratma xəstəliyi, yoxsa...
...Və Vaqif Şıxəliyev bu dəfə sonuncu adamının adına sənədləşdirdiyi torpaq sahəsini indi də fərqli oyun predmetinə çevirib. Məsələn, o, həmin adamı qabağa verir və deyir ki, sənin torpaq sahən buradır-M.İbrahimovun bağ sahəsini göstərir! Hər iki şəxs belə bir səhnəcik qurur, nəticədə sonuncu öz bağ torpağına sahib çıxırmış kimi M.İbrahimovun iyirmi illik ağacları olan bağ ebvinə basqın edilir, burada məskunlaşmış ailə başçısını boğub hədələyirlər. Yəqin Abşeron RPİ rəhbərliyi artıq anlayır ki, V.Şıxəliyev kimi şər adamı heç bir halda nazir Ramil Usubovun dostu ola bilməz və məlum hücum hadisəsi ilə bağlı araşdırmasını sona çatdırmalıdır. Yoxsa...
Qayıdaq sonuncu hadisəyə, daha doğrusu, V.Şıxəliyevin ağsaqqal yaşına yaraşmayan uşaq hərəkətlərinə: beləliklə, o, bilə-bilə Əhəd adlı şəxsin adına sənədləşdirdiyi, sonradan sonuncunun iradəsinə zidd olan bu sövdadan imtinasını görəndən sonra həmin torpağı axırda sənədlə guya satdığı başqa bir şəxs indi də məlum olur ki, məhkəmədə mülki iddia qaldırıb... Ki guya faktiki M.İbrahimovun olan yer guya onun bağ sahəsidir! Yenə də, bilə-bilə ki, bu iddia nağıl-udurmadan başqa bir şey deyil. Necə ola bilər ki, sənədlə guya sənin olan iyirmi illik bağ sahəndə bir tikili və ağac olmadığı halda, sən başqasının ən azı 15 illik ağacları, neçə mərtəbəli evi olan bağına iddia edəsən? Başa salanın da ağlı o dərəcəyə qədər deyil düşünsün ki, sabah məhkəmənin sənəd və faktiki kadastr xəritəsindəki texniki şərtlərə baxıb bu oyunbazlığın nə məna kəsb etdiyini görə bilər... Ən azı, 15 illik o ağaclardan ayıbdır!
“Səni görüm, Vaqif Şıxəliyevin şərinə düşəsən!”
...Ataların bir məşhur məsəlini improvizə edərək belə də demək olar: məsələn, kimə qarğış etmək istəyirsənsə, belə deyəsən- səni görüm, Vaqif Şıxəliyevin şərinə düşəsən! Məsələn, Vaqif Şıxəliyev qəzetçi dostlarının “saqqızını oğurlayıb” yazdıra ki, Filankəsi dünən Bin Ladenlə bir yerdə görüblər... Yaxud, Filankəsin toy şəklini montaj etdirərək yazdıra ki, baxın, filankəs Əli Kərimli ilə bir yerdə toydadır, yasxanadadır, nə bilim nə...xanadadır və sair dingiş şər və uydurmalar...
Mən hələ onu demirəm ki, tezadlar.az saytında oxudum, sən demə, “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi V.Şıxəliyev acıq çıxmaq üçün şərikinə-qudasına məxsus əraziyə aprelin 5-də, saat 16:30 radələrində 20-30 adam göndərir ki, onu özünə şərik edən (Oxu: V.Şıxəliyevi şərik etmiş) “Təzə Bazar” MMC-nin sahibi Məmmədağa İbrahimova məxsus ərazidə it ilində yerə basdırılmış kabeli çıxarmaq lazımdır! Dəyəri 30-40 manat ola bilən köhnə, korroziya etmiş həmin kabeli qazıb çıxarmaq üçün isə ən azı iki gün işləyəcək 10 fəhləyə 500-600 manat pul vermək lazımdır! İndi deyin, doğrudanmı V.Şıxəliyev kimi sahibkara iki qoyunu etibar eləmək olar, ya yox?! Yox!!! Və bəllidir ki, onun bu qazıntı-dağıntıda məqsədi həmin köhnə, çürük kabelə yiyə durmaq deyildi. Onun çürük məqsədi yenə də sayca 15-ci dəfə olan-doğmaca qudası-şəriki M.İbrahimovu əsəbləşdirmək, qarşıdurmaya sürükləmək olmuşdur!
Amma hüquqşünas kimi apardığım təhlil və araşdırmalarda bir dəfə də olsin M.İbrahimovun qarşı tərəfin şər-şəbədələrinə alternativ olan addımlarına rast gəlmədim. Deməli, M.İbrahimov olduqca təmkinli və ağıllı adamdır, onun şər yiyəsinə təmkinli və səbrli davranışı ilə susma cavabı ən böyük cəzadır!
Tanrı səbr edənlərin həmişə yanındadır!
Sonda: mən nə Vaqif Şıxəliyevin düşməniyəm, nə də ondan özümə qarşı qərəzli hərəkət görməmişəm... Heç M.İbrahimovun da dostu deyiləm, çünki üzünü görmədiyin şəxslə necə yaxın ola bilərsən, nəinki onunla hələ bir dost da olasan! Bu mümkünsüzdür. Amma bir hüquqşünas-vətəndaş olaraq Vaqif Şıxəliyevin şəriki və yaxın qohumu olan qarşı tərəfə yönəlmiş və şərə hesablanmış bütün addımlarının cəmiyyətimiz üçün zərərli, hətta çox zərərli nümunə ola biləcəyini gördüyümdən, bu qənaətlərimi “Təzadlar”ın oxucuları ilə bölüşmək qərarına gəldim... Sizin də insafa və insanlığa gəlmək vaxtınızdır, cənab Şıxəliyev!
Baba İbrahimxanlı
hüquqşünas \ Tezadlar.az \