Bələdiyyə sədri nazirə qarşı kampaniyada - İDDİA
27-04-2015, 10:07
Azərbaycanda seçki ilə deyil, tapşırıq və pulla bələdiyyə sədri seçilmiş şəxslərin böyük əksəriyyəti, milyonlara sahib olmaq üçün bütün imkanlarını səfərbərliyə alıblar. JAM.AZ xəbər verir ki, bələdiyyə sədrləri içində elələri də var ki, onların hədəfləri daha böyükdür. Hətta icra başçısı və ya onun müavini olmaq istəyənlər də az deyil.
Gələn xəbərlərə görə, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov da bu iddiada olanlardan sırasındadır. Sadəcə, onun hədəfində olan əsas fiqurlardan biri ölkənin ən iri oliqarxlarından sayılır. Üstəlik, həmin şəxs həm də nazirdir.
JAM.AZ-a verilən məlumatda deyilir ki, İlham Xəlilovun hədəfində olan şəxs nəqliyyat naziri Ziya Məmmədovdur. Onun nazirlə yola getməməsinin səbəbi heç də torpaq və ya pul üzərində deyil. Əksinə, bələdiyyə sədri nazirdən vaxtıyla çalışdığı sahədən qovulmasının qisasını almağa çalışır.
Məlumatda iddia olunur ki, İlham Xəlilov bir müddət vağzal direktoru işləyib. Lakin orada çalışdığı dönəmdə nəqliyyat naziri Ziya Məmmədovun göstərişi əsasında işdən çıxarılıb. Özü də «işdə yol verdiyi ciddi nöqsanlara görə» maddəsi ilə. Həmin dönəmdən sonra bələdiyyə sədri olan sözügedən şəxs əlinə düşən fürsətdən yararlanaraq, nazir qarşı kampanya aparmağa başlayıb.
JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, niyyətini həyata keçirmək üçün İlham Xəlilov qısa müddətdə mətbuatda bir neçə adam taparaq, onların əliylə Ziya Məmmədov haqqında ilginc məlumatlar yaydırır. Ardından isə bu məlumatların daha geniş auditoriyanı əhatə etməsi üçün yenə həmin mətbuat işçilərinin imkanlarından yararlanır. Və bu zaman bir qədər də pul xərcləyir. Məlumatlarda iddia edilir ki, Biləcəri qəsəbəsinin bələdiyyə sədri mütəmadi olaraq mətbuata Ziya Məmmədovla bağlı məlumatlar sızdıraraq, işdən çıxarılmasının qisasını almağa cəhd göstərir.
Qarşı tərəfi də dinləməyə hazırıq.