“Tələbələrin təqaüdləri artırılmalıdır” - deputat

10-04-2020, 10:07           
“Tələbələrin təqaüdləri artırılmalıdır” - deputat
Milli Məclisin deputatı Etibar Əliyev Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabatı dinlənildəkdən sonra bəzi təkliflərlə çıxış edib.

Modern.az-ın məlumatına görə, E.Əliyev təkliflərini Milli Məclisin katibliyinə təqdim etdiyini bildirib. E.Əliyevin sözlərinə görə, onun qaldırdığı məsələlər aşağıdakılardır:

-Ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı, tədqiqatlara görə də vəsait verilsin. Dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayraılan vəsaiti üstələyir.
-Hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır. Həmin universitetlər: Texniki Universitet. UNEC, Aqrar Universitet, Neft və Sənaye Universiteti.
-Yeni tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalıdır. Koronavirusun insanların maddi durumuna təsiri mütləq nəzərə almalıdır.
-Distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir. Ali məktəblər öz daxili imkanları hesabına bunu etmək gücündə deyil. Bunun üçün büdcədən əlavə vəsait nəzərdə tutulmalıdır.
-Tələbələrin təqaüdləri artırılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru