Krediti vaxtında ödəməsəniz... - Borcu olanların NƏZƏRİNƏ

10-04-2020, 19:16           
Krediti vaxtında ödəməsəniz... - Borcu olanların NƏZƏRİNƏ
"Kredit tarixçələrinə "ləkə" düşə bilər”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib.

A.Mehtiyev bildirib ki, məlum olduğu kimi, uzunmüddətli istifadə üçün nəzərdə tutulan istehlak mallarını (mebel, məişət avadanlığı, elektronika və s.) kreditə verən firmalar karantin rejimi ilə bağlı kreditlərin ödənilməsində ləngimələrə görə faizin hesablanmasını aprel ayı üzrə dayandırdıqlarını bəyan ediblər.

İqtisadçı qeyd edib ki, belə firmalardan birindən bu gün zəng gəlib ki, krediti ödəməmisiniz: "Sonra özlərinin məlum bəyanatlarını xatırlatdılar.

Və dərhal xəbərdarlıq etdilər ki, firmanın cərimə faizlərinin hesablanmasını dayandırmasına baxmayaraq, kreditin vaxtında ödənilməməsinə görə sizin kredit ödənişiniz gecikmiş kimi qeydə düşəcək.

Sən demə, bu, məhz Mərkəzi Bankın hərəkətsizliyi üzündən baş verəcək: firmanın qərarına baxmayaraq Mərkəzi Bank hələ müvafiq sistemlərdə heç bir dəyişiklik etmədiyindən mövcud vəziyyət səbəbindən kredit ödənişlərində baş verən "icazəli" ləngimələr sistemdə məhz "kreditin vaxtında ödənilmədiyi" kimi qeydə alınacaq.

Bu isə ödəyicilərin kredit tarixçəsinə problem yarada və gələcəkdə onun "problemli ödəyicilər" qrupuna düşməsinə gətirib çıxara bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru