Türkiyə və Azərbaycan bütün dünyaya nümunədir - ÜST

11-04-2020, 09:03           
Türkiyə və Azərbaycan bütün dünyaya nümunədir - ÜST
Türkiyə və Azərbaycanın COVİD-19 epidemiyası məsələsində sərgilədiyi həmrəylik bütün dünyaya nümunə olmalıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

"Ümid edirəm ki, digər ölkələr də bu həmrəylik prinsipinə sadiq qalacaq və bu görünməz, amma təhlükəli düşmənə qarşı birlikdə döyüşəcəklər", - Qebreyesus qeyd edib.

ÜST-ün baş direktoru Anadolu Agentliyinə müsahibəsində bildirib ki, Türk Şurasında təmsil olunan ölkə liderləri həm öz aralarında, həm də regional səviyyədə əməkdaşlıq barədə razılığa gəlib. Bundan əlavə, Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST-ə 5 milyon yardım etdiyini və buna görə təşəkkürünü çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru