AĞIR ŞƏKƏRLİ DİABETLI MƏHKUMLAR AZADLIĞA BURAXILA BİLƏRMI? – Onlar da xüsusi risk qrupuna daxildir

13-04-2020, 09:33           
AĞIR ŞƏKƏRLİ DİABETLI MƏHKUMLAR AZADLIĞA BURAXILA BİLƏRMI? –
Ötən həftə Prezident İlham Əliyevin Əfv Sərəncamı ilə yaşı 65-i ötən 176 məhkum azadlığa buraxılıb. Dövlət başçısı bu qərarı ilə koronovirus pandemiyasının tüğyan etdiyi dövrdə xüsusi risk qrupunda olan məhkumların sağlamlığının qorunmasına diqqət ayırıb.

Bu gün Azərbaycanda yerləşən cəzaçəkmə müəssisələrində virusun yayılması halları baş verməyib. Ölkədə tətbiq edilən karantin qaydaları daha da gücləndirilmiş formada həbsxanalarda da həyata keçirilir.

Məhkumlar, nəzarətçilər, penitensiar xidmətin işçiləri kənar təsirlərdən tamamilə izoliyasiya edilməklə yanaşı gündəlik yoxlamalardan keçirilir.

Bununla belə cəzaçəkmə müəssisələrində xüsusi risk qrupunda olan məhkumlar yenə də var. Onların təhlükəli virusdan qorunması diqqət mərkəzində olmalıdır. Belə məhkumların sırasında müxtəlif xroniki xəstəliklərdən, o cümlədən şəkərli diabetdən əziyyət çəkənlər üçün olduqca həssas durum yaranıb.

Koronavirusla bağlı aparılan araşdırmalar, habelə xəstəliyin yoluxduğu insanlarla bağlı həyata keçirilən tədqiqatlar zamanı məlum olub ki, xroniki xəstəlikləri olan şəxslər həyatı üçün real təhlükə var. Xüsusən də, şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün. Çünki virusa yoluxan belə xəstələrin həyatını əksər hallarda xilas etmək mümkün olmur.

Odur ki, yaranmış vəziyyəti nəzərə alaraq həbsxanada olan şəkərli diabet xəstələrinin, cümlədən səhhətində çox ciddi problemlər olan məhkumların vaxtından əvvəl azad edilməsi məqsədəuyğun sayıla bilər.

Qeyd edək ki, bu cür məhlumların sayının elə də çox deyil və hər biri dövlət qeydiyyatındadır. Ona görə də bu məhkumların müəyyən edilərək, azadlığa buraxılmasl haqqında qərarın verilməsi elə də çox vaxt tələb olunmur.

Bu baxımdan hüquq müdafiçilərinin xüsusi risk qrupuna daxil olan xəstəliklərdən, o cümlədən şəkərli diabetdən əziyyət çəkən məhkumların vaxtından əvvəl azalığa buraxılması təşəbbüslə çıxış etməsi cəmiyyətin maraqları daxilindədir.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev “AzPolitika.info”-ya bildirib ki, bu gün cəzaçəkmə müəssisələrində bir sıra tədbirlər həyata keçirilir. Bu çərçivədə məhkumların azadlığa çıxması imkanlarının araşdırılması istiqamətində tədbirlərin görülməsi ön plandadır. Onun sözlərinə görə, şübhəsiz, bu tədbirlər qanunvericilikdə nəzərdə tutulduğu qaydada məhkumların etdikləri cinayətin xarakterindən, aldıqları cəzadan və cəzalarını çəkdikləri müddətdən asılı olaraq həyata keçirilməlidir.

Ə.Nuriyev qeyd edir ki, onlardan biri də məhkumların vaxtından əvvəl azadlığa buraxılmasıdır ki, məhkumlar qanunvercilikdə nəzərdə tutulduğu qaydada məhkəmələrə müraciət edə bilərlər: “Bir neçə ildir ki, Ədliyyə Nazirliyin Kollegiyasının qərarı ilə cəzaçəkmə müəssisələrində vaxtından əvvəl azad etmə praktikasının təkmilləşdirilməsi məqsədi ilə komissiya yaradılıb. Həmin komissiyada Penitensiar Xidmətin, vətəndaş cəmiyyətinin, o cümlədən İctimai Komitənin nümayəndələri də vardır. Orada vaxtından əvvəl cəzadan azad edilmə hüququ yaranan məhkumların sənədləri öyrənilir. Məhkumun belə hüququ yarandığı andan onların cəzaçəkmə müəssisələrində davranışı və s. öyərnilir. İndiki pandemiya dövründə video konfranslar vasitəsi ilə sual-cavablar aparılır və komissiya tərəfindən rəy hazırlanır”.

Əliməmməd Nuriyev qeyd edir ki, bu zaman xəstəliklərdən əziyyət çəkənlərə, o cümlədən, şəkərli diabet xəstələrinə xüsusi diqqətlə yanaşılır: “Onlar xüsusi risk qrupuna daxildir. Əlbəttə, məhkumlar haqqında vaxtında əvvəl azad etmə ilə bağlı rəylər hazırlanarkən onların məsələsinə daha həssas yanaşılır. Məhkəmələr də onların vaxtından əvvəl azadlığa çıxması istiqamətində qərarlar qəbul edir. Əfv sərəncamının 65 yaşdan yuxarı şəxslərə şamil edilməsi də əsas verir ki, belə xəstələrə daha humanist yanaşılsın. Əgər, onlar ağır cinayətlər törətməyiblərsə, yaxud cəzalarının böyük bir hissəsini çəkiblərsə, belə yanaşma tətbiq oluna bilər ”.

İctimai Komitənin üzvü bildirir ki, son vaxtlar koronovirus pandemiyasının geniş yayılması ilə bağlı belə xəstələrin durumu xüsusi ilə nəzərə alınır: “Eyni zamanda başqa tədbirlər də düşünülür. Ümid etmək istərdim ki, bu cür məhkumlarla bağlı gələcəkdə növbəti Əfv sərəncamlarına şahid ola bilərik. Bundan başqa amnistiya aktının qəbul olunması istiqamətində təkliflər səslənir”.

Hüquq müdafiçəsi həm vaxtından əvvəl cəzadan azad etmə institunun genişləndirilməsilə, həm də Əfv sərəncamları ilə xüsusi risk qrupuna daxil olan və ağır cinayətlər törətməyən xəstə məhkumların azadlığa buraxılması istiqamətində addımların bundan sonra da atılacağına əmin olduğunu bildirdi.

Eıçin

AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.