Səfir: Rusiya-Azərbaycan sərhədi nə xahiş, nə də təzyiqlə açılmayacaq

13-04-2020, 10:15           
Səfir: Rusiya-Azərbaycan sərhədi nə xahiş, nə də təzyiqlə açılmayacaq
“Rusiyadakı Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq. 20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcəkdir. Sizlərdən artıq dərəcədə xahiş olunur ki, sərhəd keçid məntəqəsinə getməyin. Xahiş edirik ki, səfirliyimizlə qaynar xətlər vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bu ölkənin Rusiyadakı səfiri Polad Bülbüloğlunun müraciətinə istinadən məlumat yayıb.

Səfir bildirib ki, Azərbaycan hökuməti məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri martın 18-dən dayandırlıb.

Azərbaycanın Rusiyadakı vətəndaşlarının sayı ilə bağlı rəsmi statistika aparımır. Müşahidəçilər Rusiyada Azərbaycanın 600 mindən bir milyon yarımadək vətəndaşının olduğunun iddia edir. Azərbaycan rəsmiləri isə bu rəqəmin reallığı əks etdirmədiyini bildirir. Rəsmi şəxslər Rusiyada olan azərbaycanlıların əksəriyyətinin artıq Rusiya vətəndaşlığı aldığını deyir.

Bununla yanaşı Rusiyada 2010-cu ildə aparılan siyahıya alınma zamanı milli mənsubiyyətini göstərən əhalinin 603 070 nəfəri etnik azərbaycanlı olduğunu qeyd edib. Etnik azərbaycanlıların 444 892 nəfəri şəhərlərdə, 158 178 nəfəri isə kəndlərdə məskunlaşıb.
siam.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.