“Aysel-Avto” MMC “-nin başçısı ilə DYP arasında gizli anlaşma
27-04-2015, 11:49
Sürücülərin günahları ucbatından törətdikləri qəzaların qarşısının alınması dövlətin ən prioritet məsələlərindəndir. Elə bir gün olmaz ki, ölkədə yüngül də olsa avtoqəza törədilməsin. Son vaxtlar isə bu vəziyyətlə bağlı günahsız insanların qəzalardan həyatını itirməsi adi hal alıb. Əlbəttə, hadisə törədiləndən sonra deyil, başlanğıcdan bu məsələlərin qarşısı alınmalıdır. Məktəbə ayaq açan uşaqlar təlim və tərbiyənin dərinliklərinə yiyələndikləri kimi, sürücülük məktəbinə qədəm qoyan hər bir kəs əvvəlcə özünü, sonra isə qarşısındakını qorumaq üçün cəmi1- 3 ay müddətində sürücülüyün sirrlərinə daha yaxşı bələd olmalıdır. Lakin, Sevda xanımın tamahı bu işlərin üstündən xətt çəkir. Tələbələr sürücülüyün sirrlərinə yaxşı bələd ola bilmirlər. Onda qəza da olacaq, üstəlik maşını təyyarə kimi sürmək də...
Daxil olan məlumata görə, məktəbin qapısınıısını, yerləşdiyi ərazini belə tanımayanlara saxta sürücülük şəhadətnaməsi verilir. Üzünü görmədiyi məzunlardan sürücülük məktəbinin direktoru şirinlik toplayaraq onlara aidiyyəti yerdən sürücülük vəsiqəsi verdirir. Hələ, onlardan keçirilməyən təlim üçün pul yığılmasını dilə gətirmirik... Bir sözlə, bu sahə ən böyük biznesə çevrilib.
Mənbənin verdiyi məlumata görə, direktorun məktəbinin hesabına ötürülən vəsaitin dərdini yalnız direktorun özü bilir... Hətta, elə olur ki, təhsil müddəti olan 1-3 ayın qurtarmağına az qalmış direktor həmin buıraxılışa başqa-başqa kənar adamların adını salır. Buradan da aydın olur ki, sürücü olmaq istəyənlərə saxta sürücülük vəsiqəsi verdirən direktor bu hərəkətləri ilə nə qədər günah qazanır. Yol nişanlarından və maşın texnikasından tam xəbərsiz olan sürücülər bu səbəbdən yollarada “ölüm-dirim” mübarizəsinə girişirlər.
Texniki baza cəhətdən həddən ziya zəif oln məktəbin bu gün işləməsi məktəb direktorundan savayı heç kimə xeyri yoxdur. Direktor sürücülük məktəbində sözün əsl mənasında “kamikadze” hazırlayır. Hələ, bu məsələnin görünən tərəfidir. Məktəbdə təlim üçün geniş şərait “yox” dərəcəsindədir. Sinif otaqları şagird ayağına həsrət qalıb. Həmişə vur-tut 2 və ya 3 müəllimə təsadüf edilir. Həmin müəllimlər də direktorun dedikləri ilə oturub duran¸ saxta sənədlərə imza atanlardır. Mənbə bildirir ki, bu məktəb həqiqətən də gələcəkdə baş verəcək avtoqəzaların mənbəyini yaradır. Qəza da olsa olar, təki direktorun adı olub, özü olmayan tələbələrinin şəninə atdığı zərləri “şeş -qoşa" düşsün. Biz isə mətbuat ictimai-rəy yaradır prinsipinə sadiq qalaraq, yazını tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və Vergilər nazirliyinə ünvanlayırıq. Digər faktlar isə arşdırılma mərhələsindədir. Hətta biləcəksiniz ki, hörmətli dirüktor onun məktəbini qurtaran məzunlara sürücülük vəsiqəsini almaq üçün Baş DYP ilə necə anlaşır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 20 üstəgəl bir farmatı(məktəblə DYP arasındakı anlaşma) nədir sualına bizi izləməklə cavab ala biləcəksiniz.