“Brent” markalı neftin qiyməti artır

16-04-2020, 06:57           
“Brent” markalı neftin qiyməti artır
Dünya bazarında neftin qiyməti bahalaşır.

“Report” xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 04:19-a olan məlumata görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 2,89% artaraq bir barelə görə 28,49 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 3,46% artaraq 26,96 dollar/barelə çatıb.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya iqtisadiyyatı üçün tarixi bir razılaşma əldə olunub. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru