Milli Məclisdən XÜSUSİ AÇIQLAMA

24-04-2020, 14:27           
Milli Məclisdən XÜSUSİ AÇIQLAMA
Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılıb. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, belə bir yeni şöbənin yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

“Xatırladırıq ki, belə bir şöbə hələ 2019-cu il 19 noyabrda Milli Məclis Sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə məlumatda qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru