Bakıda universitet rektoruna qarşı cinayət - milyona yaxın pul oğurlandı

10-01-2016, 13:49           

Bakıda rekrota qarşı müdhiş cinayət törədilib. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin iş otağı qarət olunub.

teref.az yazır ki,Criminal.az-a daxil olan eksklüziv məlumata görə, ötən gecə naməlum şəxslər rektorun otağına girərək 150 kiloqramlı seyfi oğurlayıblar. Seyfin içərisində 700 min manat məbləğində pul olub.

Məsələ ilə bağlı Nərimanov rayon Polis İdrəsindən tutarlı məlumat əldə etmək mümkün olmadı. Polis faktı nə təsdiq, nə təkzib etdi.

Əhməd Vəliyev Criminal.az-a ilk olaraq bildirdi ki, elə bir hadisə olmayıb. Onun sözlərinə görə, otağından heç bir oğurluq hadisəsi baş verməyib: "Mənim o qədər pulum hardandır. 700 min manatım olsa gedib gəzərdim".

Daha sonra rektor əlavə etdi ki, belə bir hadisənin olmasından xəbərsizdir: "Hansısa cinayətin törədilməsi barədə məlumatım yoxdur. Burda deyildim, olubsa da xəbərzisəm. Amma elə bir hadisə olsaydı mənə xəbər verərdilər".
teref.az
Bakıda universitet rektoruna qarşı cinayət - milyona yaxın pul oğurlandı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.