DMX Azərbaycandakı qaçqın icma nümayəndələrinə və sığınacaq axtaran şəxslərə müraciət edib

25-06-2020, 20:52           
DMX Azərbaycandakı qaçqın icma nümayəndələrinə və sığınacaq axtaran şəxslərə müraciət edib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında əldə olunmuş razılığa əsasən, 2020-ci il iyulun 1-dən etibarən BMT QAK-ın qaçqın statusunu müəyyənləşdirməsi məqsədilə fərdi iddialara baxılması və BMT QAK-ın himayə sənədlərinin verilməsində müəyyən dəyişikliklər ediləcək.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Bildirilib ki, dəyişikliklərə əsasən:

-2020-ci il iyulun 1-də və həmin tarixidən sonra Azərbaycan Respublikasında sığınacaq üçün müraciət etmiş şəxslərə BMT QAK tərəfindən Himayə Sənədi verilməyəcək;

-2020-ci il iyulun 1-də və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslər inzibati və məhkəmə qaydasında şikayət mərhələləri də daxil olmaqla bütün milli sığınacaq proseduru ərzində DMX tərəfindən verilən Müvəqqəti Şəhadətnamə ilə təmin ediləcəklər;

-BMT QAK yalnız 2020-ci il iyulun 1-dək sığınacaq üçün müraciət etmiş şəxslərə himayə sənədinin verilməsini və uzadılmasını davam etdirəcək;

-Bu dəyişikliklər 2020-ci il iyulun 1-dən əvvəl Azərbaycanda sığınacaq üçün müraciət etmiş şəxslərin BMT QAK-da qeydiyyatı və ya sənədləşdirilməsi prosesinə heç bir mənfi və ya retroaktiv təsir göstərməyəcək;

-BMT QAK yalnız 2020-ci il iyulun 1-dək sığınacaq üçün müraciət etmiş və monitorinq prosesi nəticəsində BMT QAK-da qaçqın statusunun müəyyən edilməsi tövsiyə olunmuş şəxslər üçün qaçqın statusunun müəyyənləşdirilməsini davam etdirəcək;

-Beləliklə, 2020-ci il iyulun 1-də və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslərin vəsatətlərinə yalnız DMX və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən baxılmayacaq;

-BMT QAK yalnız yardım (hüquqi, tibbi, maliyyə və s.) göstərilməsi və müəyyən edilmiş uyğunluq meyarlarına əsasən monitorinq məqsədilə 2020-ci il iyulun 1-dən sonra müraciət etmiş şəxslərin qeydə alınmasını həyata keçirəcək;

-Bununla belə, BMT QAK aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.

Qeyd olunan dəyişikliklərlə əlaqədar suallarla bağlı bazar ertəsindən cümə gününədək saat 10:00 – 13:00 ərzində BMT QAK-ın hüquqi məsləhət xəttinə (+99451) 207 - 59 -96 və ya (012) 492 – 14 - 43 (əlavə olaraq iki düyməsinə basın) zəng edə və ya BMT QAK-ın azeba@unhcr.org elektron poçtuna yazmaq olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.