Bəylər Əyyubovun qardaşı oğlu Xəzərin sahilində saray tikdirib - 99 ədəd gümbəzi var

27-06-2020, 00:18           
Bəylər Əyyubovun qardaşı oğlu Xəzərin sahilində saray tikdirib -
Prezident İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Xəzər dənizinin sahilində şahlara xas olan saray tikdirib. Jurnalist Həbib Müntəzirini yaydığı məlumata görə, saray Şüvəlan qəsəbəsində yerləşir.

Dənizin sahilindəki 15 hektarlıq ərazidə 5 hektarlıq bir bağ evidir. İçərisində bir neçə tikili var. Villadakı tikililərdən biri də məsciddir. Hasarında 99 ədəd gümbəz, hər birində də Allahın 99 adı yazılıb. Ən maraqlısı isə, ortadakı fəvvarədir. Göydən baxanda ortasında Azərbaycanın xəritəsi görünür.Tikilinin adı "Tarkhan" Qubernatorun Dəniz Sarayı gedir.

Malikanədə bunlar mövcuddur: Məscid, "Sübhə" Sarayı, Minarə Evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, Qaraj, İç Meydan.

Bağ evinin tikintisinə Türkiyədən mühəndislər, işçilər cəlb olunub, milyonlarla vəsait xərclənib.Bu malikanə "NB" Şirkətlər Qrupunun rəhbəri, işadamı Ruslan Eyyubova məxsusdur. Ruslan isə İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.Ruslan Eyyubov ölkədəki kimya sənayesi biznesi ilə məşğuldur, mərmər, bahalı daşlar, qranitlər, boyalar və s. materialları onun şirkətləri istehsal və nəzarət edir. İki gün öncə də Gəncədə iri zavod açılışını edib.Criminal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru