Azərbaycan prezidentinin təşəbbüsü - BMT Baş assambleyasının xüsusi sessiyası keçiriləcək
29-06-2020, 00:28
![Azərbaycan prezidentinin təşəbbüsü -](/uploads/posts/2020-06/1593376113_1.jpg)
Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyib. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək.
Koronavirus pandemiyası başlayandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Azərbaycan prezidenti İlham Əliyev isə dünya ölkələrini virusla mübarizədə bir olmağa çağırdı. Millət vəkili Səməd Seyidov deyir ki, sözü gedən təklifin dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycana olan etimadın təzahürüdür.
Səməd Seyidov - millət vəkili
130 ölkə Azərbaycanın təşəbbüsü qəbul etdi. ona görə ki artıq dünyada Azərbaycan elə nüfuz qazanıb ki, onun səmimiyyətinə, obyektivliyinə, onun beynəlxalq qanun riayət edilməsinə etimad var. 02.25. biz ABŞ ve Rusiyanın görüşlərini burda keçiririk. biz dünyanın humanitar problemlərini burda həll edirik. biz türk dünyasını birləşdiririk. Ona görədə dünya bizi dəstəkləyir.
Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Buna baxmayaraq Dünya birliyi Azərbaycanın səsini eşitdi və çətin günlərdə birgə hərəkəti vacib saydı.
Elman Nəsirov - millət vəkili
Heç şübhəsiz ölkə prezident İlham Əliyevin qlobal səviyyədə covid-19 pandemiyasına qarşı mübarizə prosesində birliyin və həmrəyliyin təmin edilməsi istiqamətində atdığı bu addım nəticə etibarilə bəşəri bəlaya qarşı qalib gəlmək imkanlarımız xeyli genişləndirəcək. Ən azı bünü beynəlxalq ictimaiyyətin diqqəti birbaşa bu məsləyə fokuslanacaq. Nəticə etibarilə beynəlxalq səviyyədə də bu bəlaya qarşı müxtəlif isqimatlərdə təsir imkanlarının genişlənməsinə gətirib çıxarcaq.
Azərbaycanın təşəbbüsü ilə baş tutacaq xüsusi sessiyanın keçirilməsi təklifinin qəbul olunması ölkəmizin ümümbəşəri dəyərlərə nə dərəcədə hörmət etdiyinin göstəricisidir.
ATV.AZ