Bəs "Azəriqaz" deyirdi qışa tam hazırıq - 20 sahədə yenə qaz yoxdur

11-01-2016, 19:14           
Bəs "Azəriqaz" deyirdi qışa tam hazırıq - 20 sahədə yenə qaz yoxdur
teref.azya Səbail rayonu 20 sahədən verilən xəbərə görə bu gün saat 13-00 radələrindən qaqz verilişi kəsilib. Heç kimə xəbərdar etmədən qışın bu fəslində evlərdə qazın kəsilməsinin nə demək oldsuğunu hər halda heç kimə başa salmaq lazım deyil.
Lakin sakinləri düşündürən bir şeydə var. Axı qış girməmişdən "Azəriqaz" rəhbərliyi ağız dolusu qaz təsərüfatının qız mövsümünə tam hazır olduğunu deyirdilər. Axı bu qaz təsərüfatına qoyulan milyardlarla manat investisiyaların başına hansı oyunlargəlib ki, indi 2-3 gündən bir Səbail rayonunun bu hissəsi qazsız qalır.
Bunu fikirləşə fikirləşə "Azəriqaz" -ın qaynar xəttinə zəng vururuq. Lakin saatlarla zəng vurmağımıza baxmayar, telefonda ancaq lentə yazılmış qız səsi bizə "1 və ya 2 düyməısini basın" deyir. Düyməni basandan sonra isə eyni qız "səhf düyməni seçdiniz" deyirə İndi sən özünü ha çır dağıt, nə olsun heş nə edə bilmirsən.
Səbail rayonu qaz idarəsinin rəsmi saytında yazılmış telefon nömrələrinin isə heç biri işləmir.
(+994 12) 493-56-48, (+994 12) 493-50-72, (+994 12) 493-88-85, *104, (+994 12) 493-13-36
Bu rəsmən əhalini ələ salmaq deməkdir. Səbail rayonunun rəhbərliyi rəsmən qışın bu vaxtında əhalinin dözümlülüyünü yoxlamaq qərarına gəlib.
Başa düşürük əgər bir qəza baş veribsə bunu sadəcə əhaliyə xəbərdar etmək olardı. lakin deyəsən bu idarənin rəhbərliyi üçün əhali ən axırıncıinstansiyadır ki, onun haqqında fikirləşməyə belə dəyməz. Özüdə bu 20 sahədə nə birinci nə də axırıncı belə hadisədir.
20 sahənin sakinlərinin daha bir şikayətləri isə bura verilən qaz- dandır. Əhalinin dediyinə görə, ( biz özümüzdə şahidi olduq) bura qazı mədənlərdən təmizlənilməmiş verirlər. Ona görə də qaz cihazları 2-3 ayın işində xarab olur. Qaz yanandan sonra cihazları sökərkən cihazın içində kəskin iyli toz qartmağı çıxır ki, əgər o bir miiliqramı burnunuza getsə 3 gün özünüzü pis hiss edirsiniz.
Beləliklə cənablkar artıq bəs deyilmi bu əhalinin əsəbləri ilə oynadınız. ya söz verməyin, ya da verdiyiniz sözə əməl edin!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.