Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir - AÇIQLAMA

21-07-2020, 13:04           
Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir - AÇIQLAMA
Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, H.Hacıyev Tovuz hadisələrində həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır.
O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:
“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru