"Bizim Market"-də pos-terminal problemi - Müştərilər niyə narazılıq edirlər - İTTİHAM
21-07-2020, 14:34
!["Bizim Market"-də pos-terminal problemi - Müştərilər niyə narazılıq edirlər - İTTİHAM](/uploads/posts/2020-07/1595327413_2.jpg)
Teref.az yazır ki, Susanna Orucova "Bizim Market" supermarketindən şiakyət edir. Susanna Orucova yazır:
"Düşündüm bu barədə bildirişi çatdırım, ümid edərəm tezliklə məndə gün üzü görərəm.
Hə demək şikayətim sizədir #BizimMarket.
Aylardır gözlədim tədbir qılmadınız bildirim çarə tapın.
Artıq neçə aydır ki, işçilərə yəni kassirlərə gülərək, zarafatla, xoş rəftarla deyirəm kiiiii bu pos-terminallarınızın hansı işləyir hansını isəəə ümumiyyətlə işləmir. Deyir xanım bu Kapitaldır deyirəm ay cəmaət bu götürməyəcək (şəklini də rəyə atacam işləməyənlərin) təsdiq olmur kartım blok olur və yaxud bəxtim gətirsə blok olmasa digər pos-terminalı gözləyirəm (az olduğu üçün əldən-ələ gəzir digər kassir məsuliyyətsiz yanaşıb gətirə bilmir) az qalıram deyəm dayanın özüm işləyəcəm özüm gətirərəm özüm vuraram gedərəm
elə bu video çarxda olduğu kimi ötür ötürlə gəlir... Oda işləyə işləməyə.... Sıradakılar mənə baxır məndə hər dəfə o kassada ləngiyirəm.
Və bu problemlə yalnız və yalnız Sizin Marketdə üzləşirəm. Bu problem kassirin də işini yubadır. Buda sizin mağazaya zərərdir tək mənə yoxxx...
Kassirə negativ ötürmədən yorulub qalsamda əksər zamanla gülümsəyib deyirəm etməgil etməgil yenə o işləməyənə dürtürlər vse blok olsa deyəcək kartınızdandır mən başa sala bilmirəm ki işləmir bu Əsəbdən gülürəm bəzən. Hələ gülümsəyirəm başa salıram həyəcanlanır kartı altdan salıb zorla tıxacın kassir sakit deyirəm xanım yandan ay xanım kənar ay xanım kənar kimə deyirsən deyirlər işləmir zorla işləyəni də həyəcandan işlədə bilmirlər. Niyə də niyə
Əlavə olaraq sıradakıların sərt baxışından məni qurtarın. Cavanlar yenə küsüb gedirlər yaşlılar kassiri danlayırlar. Bəzən çıxarıb nəğd verirəm sayənizdə cibimdə nəğd pulum qalmır axı
Kassirlərdən şikayətim yoxdur pos-terminallara bir baxın işləyəni saxlayın digərlərinin həllini tapın hər kasirin önünə iki ədəd qoyun.
Yox etmirsinizsəəə kassanın birinin yanına stul, bir ədəd sərin su qoyun eybi yox bu gündən istidə işimi gücümü atıb oturub gözləyərəm.