Nazirlər Kabinetinin Operativ Qərərgahı karantin qaydalarını pozduğuna görə cərimə olunmalıdır.

15-08-2020, 20:46           
Nazirlər Kabinetinin Operativ Qərərgahı karantin qaydalarını pozduğuna görə cərimə olunmalıdır.
Nazirlər Kabinetinin Operativ Qərərgahı brifinqlərini açıq havada keçirməlidir. Hazırkı hava şəraiti buna tam imkan verir. Bunu etməməklə onlar özləri karantin qaydalarını pozmuş olurlar.
Hesab edirəm ki, karantin qaydalarını pozduğuna görə Nazirlər Kabinetinin operativ qərərgahı və brifinqdə çıxış edənlər cərimə olunmalıdır.
Teref.az yazır ki, iqtisadçı ekspert Qubad İbadoğlu brifinqdən çıxartdığı qənaət budur.
Fotoya baxın görün, karantin qaydalarını təbliğ edən jurnalistlər, operatorlar özləri sosial məsafə saxlayırlarmı?
Ekspert hesab edir ki, əgər özləri qaydalara əməl etmirlərsə, onda başqalarından bunu nə əsasla tələb edirlər.
Nədən, hər yer açıldığı halda iri ticarət müəssisələri, bazarlar hələ də qapalıdır? Niyə insanlar sosial məsafə saxlamaqla açıq havada toy və yas keçirə bilməz, inanclı şəxslər açıq havada mərasimlər təşkil edə bilməz? Təəsüf ki, bugünkü brifinqdə bu suallar cavabsız qaldı.
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.