Niyə Bakıda bu qədər sıxlıq olduğu halda yenə də hündürmərtəbəli binaların tikintisi durdurulmur?- ŞİKAYƏT/FOTO
17-08-2020, 09:52
![Niyə Bakıda bu qədər sıxlıq olduğu halda yenə də hündürmərtəbəli binaların tikintisi durdurulmur?- ŞİKAYƏT/FOTO](/uploads/posts/2020-08/1597643412_1.jpg)
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Ramal Dövran Hüseynov Bakıda gedən hündürmərtəbəli binların plansız çəkildə tikilməyindən, tikinti şirkətlətinin ancaq öz ciblərini güdməyindən şikayət edir. Ramal Dövran Hüseynov yazır:
"1 ci şəkildə gördüyünüz natamam tikili Blue Residence dir. Reklaminda yazılıb ki, (Nobel prospektinin davamı olan Zığ yolu 4 ünvanında yerləşəcək “Blue Residence” yaşayış kompleksi bu ərazidə inşa olunan ən yüksək binalardan biri olacaqdır.
Yaxın gələcəkdə inşa ediləcək, Bakının görməli yerinə çevriləcək Ağ Şəhər bulvarı dənizə açılan mənzərəsi ilə sakinlərin rahatlıq ünvanı olacaqdır.
“Nargilə Meydanı” adlandırılan bir yol ayrıcında və “Həzi Aslanov” metro stansiyasının yaxınlığında olması da üstünlükdür.) bizim binadan yoxdu.
![](/uploads/posts/2020-08/1597643412_1.jpg)
Bina eninə tikilib. Binanın eni saga və sola, dəniz görməyən, sadəcə ensiz olan tərəfi, yan tərəfi dəniz mənzərəlidir. Binanı tikəndə insanlara dəniz mənzərəli deyə satırlar. Dənizə baxan tərəfi də daha baha olur.
![](/uploads/posts/2020-08/1597643417_2.jpg)
İndi bu bina bitməmiş, "Yeni Həyat" tikinti şirkəti həmin bu binanın düz qarşısında, uzununa, hətta 3 bu binanın bütün mənzərəsini bağlayacaq, daha böyük bina tikir. Bina tikiləndə ikinci şəkildə gördüyünüz mənzərə görünməyəcək. Bəs tikilmiş binada insanlara dəniz mənzərəsinə görə baha satdığınız mənzillərin pulunu kim ödəyəcək görəsən? İnsanları niyə aldadırlar? Niyə bütün mənzərələri bağlaya bağlaya gedirlər? Niyə Bakıda bu qədər sıxlıq olduğu halda yenə də hündürmərtəbəli binaların tikintisi durdurulmur? Niyə Bakının şəhərsalma planı yoxdu? Bu plansızlıq nə zamana qədər davam edəcək? Suallar çoxdu, amma kimə verəsən bu sualları və kimdən cavab alasan bax bu şəxlər yoxdu. Ona görə də özbaşınalıq hər sahədədir. Şəhər bezrazmerdir, sahibsizdir, baxımsızdır və acınacaqlıdır. Heyif şəhərimizdən."
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az