Əslində rüşvətsiz yaşamaq, korrupsiya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir.

18-08-2020, 08:40           
Əslində rüşvətsiz yaşamaq, korrupsiya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir.
Lukaşenkosevərlər yazırlar ki, o getsə Belarus batacaq, Liviyanın gününə düşəcək. Belələri fikirlərini onunla əsaslandırılar ki, Aleksandr həmişə xalqın qayğısın çəkib, biznesə şərait yaradıb, rüşvətxor olmayıb.
Teref.az yazır ki, ADR hərəkatının sədri Qubad İbadoğlu məqaləsini belə başlayır. Qubad İbadoğlu sonra yazır:
Əvvala, rüşvətxor olmamaq, xüsusilə də prezidentlər üçün üstünlük deyil. Əslində rüşvətsiz yaşamaq, korrupsiya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir. Digər tərəfdən də Lukaşenkonun korrupsioner olmadığını iddia etmək çox çətindir. Adətən, belələri barədə korrupsiya faktları hakimiyyətdən gedəndən sonra aşkara çıxır və təsdiqini tapır.
İkincisi, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Belarus iqtisadiyyatı bu il özünün son 25 ildə ən böyük tənəzzülünü yaşayacaq. Onsuz da pandemiya ilə əlaqədar olaraq Belarusda istehsal olunan ixracatına əsas ticarət tərəfdaşları olan Avropa Birliyi və Rusiyanın tələbatı azalır, yəni dəyişiklikdən asılı olmayaraq onsuz da iqtisadiyyat böhrandadır. Üçüncüsü, Belarus post-sovet məkanında bazar iqtisadiyyatına aşağı keçid göstəricilərinə görə Türkmənistanla yanaşı dayanır. Bu o deməkdir ki, ölkə hələ də köhnə inzibati-amirlik iqtisadiyyatı yolu ilə gedir və mülkiyyətə nəzarət əsasən dövlətə məxsusdur. Dördüncüsü, Belarus Avropaya inteqrasiya və qərbləşmə indeksində bölgədə Azərbaycanla bərabər sonuncu yerləri bölüşür.
Nəhayət, bu ölkə mülki azdlıqlar və siyasi azadlqlara görə Azərbaycana nisbətən yaxşı mövqedə olsa da uzun illərdir ki, azad ölmayan dövlətlər qrupundadır.
Yekun olaraq demək istərdim ki, Belarusun islahat və transformasiya potensialı yüksəkdir, heş şübhəsiz ki, ölkə keçid dövründə çətinliklər qarşılacaq, amma tezliklə Şərqi Avropa səviyyəsinədək inkişaf edə biləcək, bu gün meydanda olanlar da sabah xöşbəxt və firavan həyat sürəcək.
Odur ki, bəzi dostlar Belarusda hakimiyyət dəyişikliyindən narahat qalmasınlar, həm də bilsinlər ki, diktatorun yaxşısı olmur, onların hamısı tarixdə yaxşılıqları (əgər varsa) ilə deyil, pislikləri ilə qalacaqlar.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.