Yüzlərlə fəhlə işsiz qalıb.

19-08-2020, 09:04           
Yüzlərlə fəhlə işsiz qalıb.
Uzunluğu 150 kilometr olan, tam istifadəyə verilməsi 2021-ci ilin ikinci yarısında nəzərdə tutulan Bakı-Quba-Rusiya sərhədi ödənişli yolunda tikinti işləri dayandırılıb. Bununla əlaqədar olaraq yüzlərlə işçi qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilib. Pandemiya dövründə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsinin səbəbi açıqlanmır.
Teref.az yazır ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu öz məqaləsində qeyd edibş Qubad İbadoğlu daha sonra yazır:
Bu yolun əsas hissəsində tikinti işlərini ölkədə çoxsaylı layihələrin podratçısı olan "Azvirt" MMC digər şirkətlərlə birgə həyata keçirir. "Azvirt" MMC-nin səhlərinin 30 faizi, Martin Beteiligungs GmbH & Co KG, (Almaniyada qeydiyyatdan keçmişdir), 25 faizi Falcom Holding s.a.r.l, (Lüksemburqda qeydiyyatdan keçmişdir), 25 faizi Elnur Əliyevə, 20 faizi isə Walz GmbH & Co KG, (Almaniyada qeydiyyatdan keçmişdir) məxsudur. Son maliyyə hesabatından məlum olur ki, şirkətin ötən il ərzində cəmisi 602 min manat xalis mənfəəti olub.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru