AAYDA Ucarın Müsüslü kəndiin yarısına yol çəkilməməsi barədə şikayətlərə "cavab" verdi - Amma şikayətin məğzinə toxunmadı VİDEO
19-08-2020, 19:36
![AAYDA Ucarın Müsüslü kəndiin yarısına yol çəkilməməsi barədə şikayətlərə "cavab" verdi -](/uploads/posts/2020-08/1597849515_1.jpg)
Teref.az yazır ki, 17.08.2020 ildə saytımızda Saleh Məmmədovun Ucardaki adamı narazılıq yaradir - İTTİHAM/VİDEO (http://teref.az/manset/162792-saleh-memmedovun-ucardaki-adami-naraziliq-yaradir-ttham-vdeo.html) başlıqla Ucar rayonu Müsüslü kəndinin 19 sakininin imzası ilə şikayət məktubunu işıqlandırmışdıq. Şikayətə cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti Trend agentliyinə ( baxmayaraq ki, Trend agentliyində şikayət dərc edilməmidi) saytımızın işıqlandırdığı şikayətə cavab verib. Qarşı tərəfin mövqeyini oxuculara təqdim edirik!
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ucar rayonunun Müsüslü kəndinin yol layihəsi ilə bağlı bir qrup sakinin iddiasına cavab verib.
Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, adıçəkilən layihədə heç bir dəyişiklik olmayıb və iddialar əsassızdır: "Həmin kənddə bir qrup sakin var ki, onların yaşadıqları evlər həmin layihəyə paralel ərazidən keçir. Həmin şəxslər istəyirlər ki, evlərinin qarşısına asfalt döşənsin. Onların iddia etdikləri ərazi kənddaxili ərazidir və həmin küçə bizim deyil, bələdiyyənin balansındadır. Bizim layihə isə kəndin içərisindən keçən əsas yolda həyata keçirilir. Kəndin orta məktəbi, uşaq bağçası və digər infrastruktur bizim çəkdiyimiz yolun üzərində yerləşir. Bu sakinlər isə istəyirlər ki, asfalt döşəmə həmin əsas yola deyil, kənar küçəyə çəkilsin. Onlar iddia edirlər ki, guya layihə dəyişdirilib. Amma bu yalandır, layihədə heç bir dəyişiklik yoxdur. Layihə əsas yol üçün nəzərdə tutulub və həmin ərazidə də hazırda iş gedir".
A.Nəcəfli bildirib ki, həmin şikayətçilərdən biri ötən həfə telekanallara müsahibə verib və layihənin icrası üçün təşəkkür edib: "Sonradan kimsə həmin şəxsi öyrədib və o da narazılıq edir. Şikayətçilərin etirazı tam haqsızdır, heç bir əsası yoxdur. Bu bir qrup şəxs görülən işlərə kölgə salmaq üçün bu addımı atıb. Ölkə başçısı vəsait ayırıb ki, kəndə yol çəkilsin, əhalinin rayona gediş-gəlişi asanlaşsın, sakinlərin kənd təsərrüfatı məhsullarının rahat daşınmasına şərait yaradılsın, bir qrup şəxs isə bu işlərə mane olur. Uzun illərdir ki, həmin ərazidə yol yoxdur. Dövlət insanların rahatlığı üçün lazım olan addımlar atır, amma bəzi şəxslər görülən işlərə kölgə salmaq istəyir".
![](/uploads/posts/2020-08/1597849554_2.jpg)
Xatırladaq ki, Ucar rayonunun Müsüslü kəndinin bir qrup sakini kəndə çəkilən yeni yolun layihəsinin bilərəkdən dəyişdirilməsi barədə şikayət yayıb.
Teref.az yazır ki, Anar Nəcəflinin cavabında şikayətçilərin etdikləri şikayətin cavabı yoxdur.
Bəli ola bilər layihə dəyişdirilməyib. Amma Anar Nəcfli dediyi kimi cənab Prezident pul ayırıb ki, kəndə yol çəkilsin, əhalinin rayona gediş-gəlişi asanlaşsın, sakinlərin kənd təsərrüfatı məhsullarının rahat daşınmasına şərait yaradılsın. Cənab Prezident deməyib ki, kəndin bir hissəsinə yol çəkilsin,o biri hissəsi palçıq içində qalsın? Bəli layihə dəyişdirilməyib, amma əvvəldən layihə düz olmayb və cənab Prezidentin bu alicənab jestinin üstünə qara kölgə salıb. Bu camaatında şikayəti əslində layihənin düz və ya əyri çəkilməsində deyil. Camaatın şikayəti kəndin bir hissəsinə yol çəkilməsi, o biri hissəsi isə asfalt yolsuz qalmasındandır.
![](/uploads/posts/2020-08/1597849525_3.jpg)
Beləliklə şikayət aktuallığında qalır, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ucar rayonunun Müsüslü kəndinin yol layihəsini elə çəkib ki, gözə görünən yerlər asfaltlanıb, yuxarı raport verilsin.Amma kəndin qalan yerləri elə palçıqlı qalsın. Yəni, "Üstü bəzək, altı təzək". Elə olmur cənablar.
Buna sadəcə adam aldatmaq deyirlər.
![](/uploads/posts/2020-08/1597849547_4.jpg)
Baxın Anar Ncəfli nə deyir:"Bizim layihə isə kəndin içərisindən keçən əsas yolda həyata keçirilir. Kəndin orta məktəbi, uşaq bağçası və digər infrastruktur bizim çəkdiyimiz yolun üzərində yerləşir. Bu sakinlər isə istəyirlər ki, asfalt döşəmə həmin əsas yola deyil, kənar küçəyə çəkilsin."
Anar Nəfəli hardasa düz desədə əsas məsələdə səhv edir. Kənd sakinləri sadəcə istəyirlər ki, onlarında küçələrinə asfalt döşənsin. Elə dövlət başçısı pulu ayıranda bu məqsədlə ayırıb.
Cənab Prezident əgər pul ayırırsa deməli bütün kəndin yollarına ayırır, yoxsa kimlərinsə idarələriin və ya qapısının ağzına yol çəkmək üçün ayırmır!
Hər halda şikaytlərində kənd camaatı bunu deyirlər.
Teref.az oaraq adları çəkilən şəxs və qurumların mövqeyini hələdə gözləyirik!
Teref.az