AİH adı çox uğursuzdur, Azərbaycan İnvestisiya Holdinqi ona həvalə olunmuş işin mahiyyətini özündə əks etdirmir
20-08-2020, 11:35
![AİH adı çox uğursuzdur, Azərbaycan İnvestisiya Holdinqi ona həvalə olunmuş işin mahiyyətini özündə əks etdirmir](/uploads/posts/2020-08/1597908812_1.jpg)
Bu gün prezident sərəncamı ilə Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin sədri təyin edilib. Azərbaycan İnvestisiya Holdinqi avqustun 7-də publik hüquqi şəsx kimi yaradılıb. AİH-in yaradılması haqqında Fərmanda bildirlir ki, AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə haqq ödəyəcəklər. Bundan sonra idarəetməyə veriləcək dövlət şirkətlərinə və müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə aid edilmiş məsələlər AİH-ə həll edəcək.
Teref.az yazır ki, iqtisadçı ekspert Qubad İbadoğlu araşdırmasını bu sözlərlə başlayır. Qubad İbadoğlu sonra yazır:
AİH-in yaradılması və formalaşması ilə əlaqədar olaraq vacib bildiyim aşağıdakı qənaətlərimi sizinlə bölüşürəm.
Fikrimcə, AİH adı çox uğursuzdur, Azərbaycan İnvestisiya Holdinqi ona həvalə olunmuş işin mahiyyətini özündə əks etdirmir və adından bazar iqtisadiyatı institutu deyil, özəl bölməyə məxsus olan şirkət təsiri bağışlayır. Adətən belə şirkətlər səhm bazarlarında əməliyyatlarla məşğul olur.
Eyni zamanda AİH-in yaradllması, təşkili və bazar iqtisadiyyatlna keçid institutu kimi formalaşması vaxt itkisinə gətirib çıxaracaq. AİH-in maliyyələşməsi dövlət şirkətlərinin ödəmələri hesabına aparıldığından, bu dövlət şirkətləri üçün daimi əsaslarla əlavə xərclər yaradacaq. Bu sxem əslində vaxtılə banklara və digər maliyyə institutlarına nəzarət edən, sonradan isə ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka verilən "Maliyyə bazarlarına nəzarət palatası"nı xatırladır. Digər tərəfdən də dövlət şirkətlərinin hər birinin spesifik problemləri olduğundan onların yenidən strukturlaşması və səhmləşdirilməsinə yanaşma da fərqli olacaq. Belə olan halda da onların hamısının fəaliyyətinin bir mərkəzdən tənzimlənməsi səhv yanaşmadır. Yaxşı olardı ki, hər bir dövlət şirkəti açıq və rəqabətli müsabiqə əsasında özünə məsləhətçı seçərdi və yaxın dövr üçün sktruktur islahatlarına başlayardı.
Görünür ki, hakimiyyət həmişə olduğu kimi yenə də bir qrupun özəl maraqlarından çıxış edir, toxunulmazlıq statusuna malik və daxildə başqa qrupa mənsub olan dövlət şirkətlərinin rəhbərlərini dəyişə bilməyənlər onları bir çətir altına yığaraq, nəzarəti ələ keçirmək və qarşıdan gələn özəlləşdirmə prosesində istəklərinə nail olmaq niyyətindədirlər.
Allah bazar verməsin!
Qubad İbadoğlu
Teref.az