Ermənilər niyə bu türk qızının ölümünə fitva verdi?

21-08-2020, 09:38           
Ermənilər niyə bu türk qızının ölümünə fitva verdi?
Başqurdıstan Respublikasının erməniləşməsinə etiraz edən siyasi fəal Ramila Saitovanın öldürülməsi üçün ermənilər hərəkətə keçib. Bunu osial şəbəkədə erməni fəal Tiqran Arakelyan yazıb. Erməni fəal Ramila Saitovanın öldürülməsinin vacibliyini vurğulayaraq, bu işi görən şəxsin ermənilərin milli qəhrəmanı olacağını bildirib. Həmçinin erməni siyasi fəal Artur Hakobyan da Ramila Saitovanı erməni xalqının düşməni adlandırıb. Erməniləri qıcıqlandıran nədir? Bir müddət öncə Ramila Saitova ermənilər haqqında belə yazmışdı:
“Karine Xabirovanın erməniləri Ufada həyatdan zövq alır, başqırdlar isə Burzyanedə meşədə yanğını söndürürlər? Başqırdıstanın paytaxtı Ufaya bu qədər gənc erməni qadını haradan gəlib? Onların ataları, qardaşları və ərləri Başqırdıstanın qondarma başçısı Radi Xabirov-Avetisyan ilə birlikdə büdcəni talamırlarmı? Ufanın ali məktəblərində nə qədər erməni yerli sakinlərin haqqını yeyərək yerlərə sahib olur? Qrantları və dotasiyaları kim alır?”

22 iyul tarixində xanım Saitova daha bir video yerləşdirərək başqırd xalqının nümayəndəsi kimi Uraldan Volqanın sol sahilinə, Tobola qədər bütün ərazilərin sahibi olduğunu bildirib: “Bu torpaqların sahibi mənəm. Mənim üçün respublika – böyük bir ev deməkdir. Mən şəhərin mərkəzində rahatca gəzdiyim zaman, orada bozumtul-bənövşəyi-qara sifətli kişilər görürəm: 20-25 yaşında, çağırışçı yaşında saqqallı kişilər. Evin sahibi olaraq narahat oluram, çünki, bunun təhlükə və təhdid oduğunu başa düşürəm. Bu adamların haradan gəldiyi, hansı mənəvi sistemdə tərbiyələndiyi, niyə bura gəldiyi bəlli deyil. Amma, Başqırdıstanın çiçəklənməsi üçün gəlmədikləri aşkar görünür”.

Siyasətçi xanım erməni qadınlarından danışarkən bildirib: “Belələrinə münasibətdə “tolerantlıq” immunitetin yoxluğunu bildirən tibbi termindir. Bu, o deməkdir ki, orqanizm artıq yadmənşəli cisimləri tanımaqdan imtina edir. Bu, o deməkdir ki, onları xaric etməsən, tədbir görməsən, bu yadmənşəli elementlərdən yaxanı qurtarmayacaqsan. Bu isə ölüm deməkdir. Onları başqalarının ərazilərini işğal eləmək roluna hazırlayıblar”.

Xanım ölkənin də ev kimi qapısının, divarının olmalı oldunu bildirib: “Həmişə işğalçı, quldur, oğru “tolerantlıq” deyə fəryad edir ki, talançılığına haqq qazandırsın”.

“Onlar bizim evə daxil olub, ayaqlarını masanın üzərinə qoyaraq, soyuducularımıza hücum edən quldurlar kimidirlər. Axı bu “soyuducu”nu onlar doldurmurlar!”

Ramila Saitova ermənilər tərəfindən ünvanına təhdidlər gəldiyini də əlavə edib.

2018-ci il 11 oktyabr tarixində Radi Faridoviç Xəbirov Rusiya prezidenti V.Putin tərəfindən Başqırdıstan rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edilmiş, 2019-cu il sentyabrın 8-də isə onun seçkilər nəticəsində bu vəzifəyə seçildiyi bəyan edilmişdi. Onun arvadı – Karine Xəbirova Avetisyanın erməni olması ölkədə etirazla qarşılanmışdı.
Qoşqar Salmanlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.