SOSİAL HÖKUMƏTİN ELÇİBƏY MODELİ UŞAQPULU VERİLMƏLİDİR VƏ NİDA İŞARƏSİ!

22-08-2020, 17:49           
SOSİAL HÖKUMƏTİN ELÇİBƏY MODELİ  UŞAQPULU VERİLMƏLİDİR VƏ NİDA İŞARƏSİ!
22 avqust 20 ildir ELÇİBƏY GÜNÜ kimi anılır. Elçibəy iqtidarının sosial-iqtisadi sahəyə böyük önəm verdiyi qəbul etdiyi qanunlarla doğrulanır. Təkcə onu demək yetərlidir ki, Prezident Əbülfəz Elçibəyin imzaladığı “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 saylı qanun 26 il qüvvədə olmaqla əlillərin gerçək hüquq qorunmasını həyata keçirirdi. Əlillər bu qanunvericilik aktı ilə tam dövlət təminatına alınaraq dövlətin himayəsində idilər. İndi isə əlillərin hüquqlarının qorunması haqqında qanun deklarativ xarakter daşıyır. Təsəvvür edin, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018 tarixli 1153 saylı qanunun 15.3 maddəsinə görə, İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR İSTİSNA OLMAQLA, ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN YAŞADIQLARI FƏRDİ EVLƏRİN ONLAR ÜÇÜN UYĞUNLAŞDIRILMASI ONLARIN VƏSAİTİ HESABINA TƏMİN OLUNUR! (?) Ortalıq 150 manat aylıq müavinətə göz dikən anadangəlmə əlilliyi olan şəxsin minlərlə manata başa gələn vəsaiti yoxdur axı, özünə işıq, qaz, su, telefon, internet kanalizasiya xətti, yol çəkdirsin! Elə bu qanunla müəyyən edilən sosial “təminat”ın sonucudur ki, təhsil haqqından azad olan əlillərdən Bakı Dövlət Universitetinin rəhbərliyi əlavə təhsilə görə minlərlə manatlıq ödəniş tələb edib 10 ildir təhsil hüququna qadağa qoyub, BDU-nun əməkdaşı millət vəkili bu özbaşınalığı qanuni sayır, Təhsil Nazirliyi isə “tələbə krediti”ndən yararlanmağı təklif edir! (?)
Qısaca onu vurğulayaq ki, YAP iqtidarının sosial-iqtisadi siyasəti gələcəyimizi sual altına qoyur. Sosial məmurların xalqla danışığına fikir vermisiniz? ƏƏSMN -in xidmət qurumlarının sıradan işçisindən tutmuş rəhbərinə kimi vətəndaşla “olmaz” əmri ilə danışır! Çörək olmaz, yardım olmaz, müalicə pulu olmaz, uşaq pulu olmaz və NİDA İŞARƏSİ! Bir soruşan da yoxdur ki, axı, onda bu qədər sosial xidmətçi nəyə gərəkir və axı, ƏƏSMN və onun xidmət qurumları qanunverici orqan deyil! Sosial hökumətin Elçibəy modelinə üz tutmaqla əlillərin də, uşaqların da maddi təminatına , pozulmuş hüquqlarının yenidən bərpasına nail olmaq olar.
Son 20 ilə kimi təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar dövriyyəsinin bir faizini Əlillərin Sosial Müdafiəsi Fonduna köçürürdülər və yığılan vəsait ilə əlillərin sosial təminatı gerçəkləşirdi. Düzdür AZAL və digər “ərköyün” qurumlar sözügedən fonda borclarını ödəmirdilər və elə buna görə də fondu ləğv elətdirdilər, amma fakt faktlığında qalır ki, sosial təminat normal idi. İndi fonda yığılan vəsaitin hesabına tikilən obyektlər də əlillərə yox, elə məmurlara xidmət edir. Demək istəyirik ki, büdcədən uşaq pulu axtarışına çıxmaq gərəkməz, sadəcə, təşkilati -hüquq formasından asılı olmayaraq bütün qurumların dövriyyəsinin 1 faizinin uşaq fonduna köçürülməsi yetər. Məmurların uşaqları oğurladıqları büdcə, fond pulları hesabına 4 milyonluq (200 manat hesabı İlə 20 min əlilin aylıq müavinətinin məbləği) yox, 400 manatlıq (2 əlilin aylıq müavinəti məbləğində) saat da gəzdirə -oğurlada bilərlər.
Bir sözlə, UŞAQPULU VERİLMƏLİDİR VƏ NİDA İŞARƏSİ!
MƏĞRUR BƏDƏLSOY
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.