Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Sabina Sabina (Sabina Sabina) "HB güven" klinikasından, bu klinakada gedən qiymt siyasətindən narazılıq edərək şikayət edir. Sabina xanım şikayətində yazır:
"Salam. Müştəriyəm Şikayətim Var "Hb güven" klinikasından. Daha degig desem onların qiymətlərindən. Həmişə ora lor hekimine görə müraciət edirəm. Və həkimin hər il qiymətini arta arta gedir. Bu il, pandemiya dövründə həkimin qəbul qiyməti 80 manata çatıb. Nəzərinizə çatdırım ki, bu ancaq qəbul qiymətidir." "Məlum məsələdir ki, qiyməti həkim yox, baş həkim artirir. Görəsən onun məqsədi nədir? Eğer pasiyent qıtlığı varsa, və bir yada bir neçə həkimin hesabına klinikanı saxlayırsa, onda bu məsələ aydındır. Amma insaf yaxşı şeydir. 50 manat olanda susduq, 60da da dinlənmədik ki, özəl klinikadir, daha 80 də ürək dözsə də büdcə dözmür." Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq! Teref.az