Cəza yarımçıq və eyni əmələ görə fərqli ola bilməz.
23-08-2020, 07:00
![Cəza yarımçıq və eyni əmələ görə fərqli ola bilməz.](/uploads/posts/2020-08/1598119204_1.jpg)
İnzibati Xətalar Məcəlləsininin (İXM) 211-ci maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Teref.az yazır ki, bunu iqtisadçı alim Qubad İbadoğlu yazır.Daha sonra Qubad İbadoğlu yazır:
Cinayət Məcəlləsinə əlavə edilən 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev 15 sutka inzibati cəza alıb. Lakin, karantin qaydalarını pozan digərlərinin şəxsiyyəti məlum olsa da onlar cəzalandırılmayıb. Ümumiyyətdə, cəza normaları arasında töhmət yoxdur, o cəza deyil, ictimai qınaqdır. Odur ki, məlum toyda iştirak edən vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, adi vətəndaşlar isə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilməlidir. Hesab edirəm ki, toyda iştirak edən yüksək vəzifəli şəxs olaraq AMEA prezidentinə, MM üzvlərinə, Ombudsmana və digərlərinə İXM-nin tələblərinə uyğun olaraq ən azından min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tətbiq olunmalıdır.
Qubad İbadoğlu
Teref.az