Əgər ədalətsizlik hissi qar uçqunu kimi böyüməyə davam etsə hamımız altında qalacağıq, ən böyük zərbə elə “elitaya” dəyəcək

23-08-2020, 06:11           
Əgər ədalətsizlik hissi qar uçqunu kimi böyüməyə davam etsə hamımız altında qalacağıq, ən böyük zərbə elə “elitaya” dəyəcək
Toy söhbəti, karantin rejiminin kobud pozulması, ən əsası, toy iştirakçılarının cəmiyyəti və hakimiyyəti (bəli-bəli, həm də hakimiyyəti) saymazyana açqlamaları və bütün bunların cəzasız qalması, rəsmi reaksiyanın olmaması cəmiyyətlə hakimiyyət arasında uçurumu daha da dərinləşdirir.
Ədalətsizlik hissi hakim kəsilib, bu çox təhlükəlidir, dövlət adına təhlükədir, belə çıxır ki, hakimiyyətin gücü elə ancaq günahsız insanları, məsələn, Tofiq Yaqublunu, müxalif partiyalardan birinin üzvlərini şərləməyə, həbs etməyə çatır.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
Ciddi məsələdir, əgər ədalətsizlik hissi qar uçqunu kimi böyüməyə davam etsə hamımız altında qalacağıq, ən böyük zərbə elə “elitaya” dəyəcək – çünki ən çox onların itirəcəkləri var, amma ziyanı hamımız görəcəyik, məmləkət yenidən bir neçə il arxaya atılacaq, qaranlıq dönəmə daxil olacaq.
Çünki, ədalətsizliyin ərşə çıxdığı toplumlarda önə həmişə populistlər, bəsit mesaj verən qruplar (məsələn, radikal dini çevrələr, və ya radikal solçular) çıxır, istənilən ölkədə onlar önə çıxanda fəlakət olur.
Səbəbi sadədir – ədalətsizliklərlə bağlı ən bəsit mesajları, hazır əzbərləri məhz onlar tez yaya bilirlər.
Məndən demək, gerisini siz düşünün...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.