Gürcüstana yatırılan sərmaya real sektora gedir, bəs bizdə.... ARAŞDIRMA
9-09-2020, 00:00
![Gürcüstana yatırılan sərmaya real sektora gedir, bəs bizdə.... ARAŞDIRMA](/uploads/posts/2020-09/1599580143_1.jpg)
Bu ilin II rübündə Gürcüstan iqtisadiyyatına 237,8 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb. İllik müqayisədə sərmayələrin həcmində 0,5% artım qeydə alınıb. Aprel-iyunda Gürcüstana ən çox investisiya yatıran ölkələrin ilk üçlüyünə Böyük Britaniya (58,9 milyon dollar), Niderland (53,2 milyon dollar) və Türkiyə (31,5 milyon dollar) daxil olub. Hesabat dövründə sərmayələrin böyük həcmi maliyyə, energetika və tikinti sektorlarına yönəldilib.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra Natiq bəy deyir:
Ümumiyyətlə, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 1 mlrd. 265 mln dollar, 2019-cu ildə 1 mlrd. 267 mln. dollar, 2020-ci ilin ilk 6 ayında isə 403 mln. 200 min dollar birbaşa investisiya qoyulub. Gürcüstanda neft-qaz yoxdu deyə, bu sərmayə real sektora yönəlir, hər 30 min dollar, ən azı, 1 iş yeri yaradır.
Azərbaycana 2019-cu ildə 4,3 mlrd. xarici investisiya gəlib, amma bu məbləğın 78,3%-i ancaq neft-qaz sektoruna daxil olub – bu sahədə də “oyun qaydaları” fərqlidir, hökumət istəsə belə qaydaları poza bilməz, bu sahədə məhkəmə məsələsinin heç önəmi yoxdur. Amma özəl sektorda investor üçün ən vacib məsələ məhkəmə sistemidir. Qeyri-neft sektorina qoyulan vəsaitin də bir qismi infrastruktur layihələridir ki, o da dövlət zəmanıti ilə icra edilir, yəni, bu da real sektora qoyulan investisiya deyil, qoyulan vəsait böyük sayda iş yeri və əlavə dəyər yaratmır!
Bizdə icra hakimiyyətinin buyruq quluna çevrilən, əmrlə çalışan, korrupsiyaya bulaşam məhkəmə sisteminə görə (yəni, həm də buna görə) ölkəyə investor gəlmir. Tofiq Yaqublunun biabırçı, məzhəkə kimi keçən məhkəməsi həm də investorlar üçün bir siqnaldı ki, buralara gəlməyin, öz yatırım xəritənizdən Azərbaycanı silin. Tofiq Yaqublu mütləq azad edilməlidir!
Paralel olaraq da hüquq-mühafizə, məhkəmə sistemində də köklü dəyişikliklər olmalıdır ki, iqtisadiyyat rahat nəfəs alsın, önü açılsın!
Natiq Cəfərli
Teref.az