"Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəqiqləşdirmələr aparılmalıdır

19-09-2020, 04:58           
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəqiqləşdirmələr aparılmalıdır
Müdafiə Nazirliyində hərbi qulluqcuların xidmət yerinin dəyişdirilməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinə əsasən həyata keçirilir. Bu Əsasnamənin ən çox tətbiq olunan və hərbi qulluqcuların hüquqlarının pozulduğunu hesab etdiyim "b" bəndində:

- bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; - qeyd edilmişdir.

Misal üçün, bu bəndə istinad edilərək "mayor" vəzifəsində xidmət edən hüqüqşunası "mayor" vəzifəsinə uyğun olan mühəndis vəzifəsinə təyin edirlər. Əlbətdə bu zərurətdən və ya bilməyərəkdən baş vermir, kadrlardan məqsədə uyğun şəkildə istifadədən söhbət gedə bilməz.
Bir çox hallarda bu kadrların yerdəyişməsinə cavabdeh olan yuxarı rəislərin şəxsi maraqlarını təmin etmələri məqsədi ilə həyata keçirilir. Belə absurd yerdəyişməyə həm mühüm hərbi vəzifələrin iflic edilməsi, həm də kadrların məhv edilməsi prizmasından baxsaq fəsadlarını yazmağa ehtiyac yoxdur.

Hərbi xidmətin təşkil edilməsi haqqında hökumət tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq hər bir nazirlik özü təlimatlar hazırlayır. Bu baxımdan Müdafiə nazirliyində kadr işinin təşkili və aparılması haqqında təlimatın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması qənaətindəyəm. Bu barədə təkliflərimi yazılı şəkildə Müdafiə Nazirliyinə təqdim etsəm də, nazirlik tərəfindən heç bir reaksiya verilməmişdir.

KIV nümayəndələrindən ictimailəşdirmələrini, əlavə suallar olarsa 0773472164 zəng etmələrini xahiş edirəm.

Ziya Allahverdiyev
ehtiyatda olan mayor
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru