"Savaşa başlamadan öncə bölgəmizdə Ermənistan tərəfdə olan böyük düşmən gücü..." Natiq Cəfərli

22-09-2020, 06:30           
"Savaşa başlamadan öncə bölgəmizdə Ermənistan tərəfdə olan böyük düşmən gücü..." Natiq Cəfərli
Savaşa başlamadan öncə bölgəmizdə Ermənistan tərəfdə olan böyük düşmən gücü, bizimlə birgə olan dost güclə neytallaşdırmaq lazımdı - bunu pafossuz da etmək olar: Azərbaycan Türkiyə ilə yeni hərbi saziş imzalamalı, qardaş ölkənin burada hərbi mövcudluğu rəsmiləşməlidir.
Teref.az xəbər verir ki, bu fikirləri ReAl funksioneri Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
Adını hərbi baza qoymağa ehtiyac yoxdur - ölkənin müxtəlif bölgələrində Azərbaycan-Türkiyə Hərbi Tədris və Təlim mərkəzləri açıla bilər.
Bu həm yerli qanunlarımıza (hərbi doktrinaya), həm də beynəlxalq hüquqa uyğun addım olacaq, nə NATO, nə də Rusiya bu məsələyə etiraz etmək üçün rəsmi səbəb tapmayacaq.
Bir daha: Qarabağın işğaldan azad edilməsinə gedən yol yeni "ictimai sazişdən", ağıllı və düşünülmüş addımlardan, Ədalətli Rifah Dövlətinin yaranmasından keçir.
Pafoslu bayağı "vətənpərvərliyi" unudun, indi 20-ci əsr deyil ki, "urrra" ilə, say üstünlüyü ilə müharibə udulsun - savaşı texnologiyalar, ağıllı diplomatiya, ədalətli daxili siyasət, güclü iqtisadiyyat və bütün bunlara söykənən hazırlıqlı əsgərimiz udacaq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.