Bu gün Vurğun Əyyubun vəfatının birinci ildönümüdür.

24-09-2020, 07:08           
Bu gün Vurğun Əyyubun vəfatının birinci ildönümüdür.
Sənin cismən bizdən ayrılmağından bir il ötdü, əziz dost. Bizim üçün - ailən, dostların, mübarizə yoldaşların üçün çox ağır bil il olsa da, sağ olsun Azərbaycan xalqı, sənin yoxluğunu hiss etdirmədi, hər an səni xatırladı, xatırlatdı. Özündən sonra bu xalq üçün dəyəri biçilməyən elə böyük bir miras qoyub getmisən ki, hələ bundan sonra neçə yüz illər ən çətin anda, ən dar məqamda bu torpağın vəfalı övladlarının dadına yetəcək, əlindən tutacaq.
Ali təhsilimizi üzqarası rüşvətdən birdəfəlik xilas edən qərarın verilməsində və həyata keçirilməsində tarixi rolun, siyasətçi kimi örnək davranışın, uca tutduğun müəllim və alim adınının şərəfi, haqqın yanında, zülmün qarşısında dayanmağın bu millət üçün qoyub getdiyin ən böyük mirasdır.
Sən bizdən ayrılmamısan, harda ədaləti qorumaq adına, haqq adına mücadilə varsa, dirəniş varsa, sən ordasan, bizimləsən! Həmişə də bizimlə olacaqsan!

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri
Teref.az kollektivi olaraq bizdə Vurğun bəyə ruhun şad, tinin uçmaq olsun deyuirik!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.