Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıb. Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır. Teref.az