Binalarından bayrağımızı yığışdırıb, səhifələrindən paylaşımları sildilər – FOTO/VİDEOFAKT

29-10-2020, 09:32           
Binalarından bayrağımızı yığışdırıb, səhifələrindən paylaşımları sildilər – FOTO/VİDEOFAKT
Azərbaycan terrorçu Ermənistan ilə işğal altında olan doğma torpaqlarının geri qaytarılması uğrunda Vətən Müharibəsini aparmaqdadır. Ötən bir ay ərzində ölkədə fəaliyyət göstərən dövlət təşkilatları ilə yanaşı, yerli və xarici şirkətlərin böyük əksəriyyəti belə Azərbaycan və qardaş Türkiyə bayraqlarına bürünərək, ölkəmizin yanında olduqlarını və işğalçılar ilə mübarizəmizi dəstəklədiklərini bildirirlər.

Azərbaycanda və xaricdə yaşayan hər bir azərbaycanlının ruhu bu gün Qarabağla döyünür. Hər kəs ön cəbhəyə can atır, hər kəs cəbhəyə dəstək olmağa çalışır. Bəs görəsən nədən ölkəmizdə fəaliyyət göstərən bir çox dünya markaları bu xalqın hesabına milyonlar qazanır və bu xalqın ağır günündə belə mənəvi dəstəyini çox görür?

Bu günlərdə Nəsimi rayonunda AF Mall tiacarət mərkəzində yerləşən “AnderSon” ailəvi kafelər şəbəkəsinin rusiyalı sahibi Anastasiya Tatulova şəxsi feysbuk hesabında paylaşım edərək, “Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm”, – deyə bildirmişdi. Ən qısa müddətə kafe bağlandı və Tatulovadan franşiza əsasında çalışan kafenin sahibi barəsində araşdırmalar başlanıldı.

NOCOMMENT.az olaraq bu günlərdə isə daha maraqlı bir faktla üzləşməli olduq. Belə ki, ölkədə fəaliyyət göstərən 4 böyük “Fast Food” restoranlar şəbəkəsi olan McDonalds, Papa Johns, Dominos Pizza və KFC Azərbaycan Azərbaycanın Böyük Vətən Müharibəsində yanımızda olmaqdan imtina ediblər.

Əməkdaşımızın kiçik araşdırması zamanı məlum olub ki, sözü gedən 4 şirkət rəsmi sosial hesablarında, facebook və İnstagram üzərindən Qarabağ müharibəsi, uğurlarımız və dinc əhalimizə qarşı edilən qətliamlar ilə bağlı heç bir paylaşım etməyiblər.

Ən azından ölkəmizdə böyükdən kiçiyə hər kəs erməni terrorçularının Gəncə, Tərtər və Bərdədə törətdikləri vəhşilikləri ilə bağlı paylaşım edərək bu dərdə şərik və həmrəy olduğunu bildirdiyi bir məqamda McDonalds, Papa Johns, Dominos Pizza və KFC Azərbaycan susmağa üstünlük verib.

Dominos Pizza isə ikinci Qarabağ savaşının ilk günlərində Sumqayıt şəhər filialının binası üzərindən Azərbaycan bayrağını asaraq həmrəy olduğunu bildirsə də, sonradan bayraq yığışdırıldı.

McDonald’s isə ermənilərin təzyiqi ilə mcdonalds.az sosial hesablarından Azərbaycana dəstək məqsədli hazırlanmış bayraqlı paylaşımları sildirib.



McDonalds-ın Azərbaycandakı franşizası bu məsələdə ictimaiyyətə hansı açıqlamanı verəcək görəsən?

Bundan baqa Burgerking.az da səhifəsidə də bu istiqamətdə postlar paylaşılmışdı. Daha sonra bu səhifə də bağlandı.

ANCA – Amerika Milli Erməni Təşkilatı sosial media istifadəçilərindən birinin etirazına cavab verərək McDonalds-ın sosial media səhifəsindən Qarabağ və Azərbaycanla bağlı kontentin silindiyini bildirib.

Görəsən həqiqətənmi əlimizin duzu yoxdur? Ölkədə ən yaxşı yerlərdə filial və şöbələrini açaraq insanlara öz xidmətlərini göstərərək milyonlar qazanan bu markalar bizə doğrudanmı anca gəlir mənbəyi kimi baxır?

Görəsən sözügedən 4 şirkətin hansı biri Azərbaycan Silahlı Qüvvələrinin Fonduna ianə edib? Bunu onlardan tələb edən olmasa da, ən azından fəaliyyət göstərərərk büdcələrini artıran bu şəbəkələr ölkəmizə dəstəkdən də yan keçməməlidirlər. Amma dövlətimiz də bu kimi ianələrin hesabına qalmayıb. Zatən müharibə bitəndən sonra bir çox mətləblərə aydınlıq gətiriləcək.
Papa Johns da eyni halı yaşayıb. Azərbaycanın uğuru ilə bağlı paylaşım etdikdən sonra mərkəzi ofisdən edilən təzyiqlərin qarşılığında postu silməli olublar.

Ən azından sözügedən 4 markanı ölkəmizin bu ağır günündə yanımızda olmadığına, hətta binası üzərindən asılımış bayrağımız, edilmiş paylaşımları sonradan yığışdırdıqlarına görə ictimaiyyətimiz tərəfindən ciddi şəkildə qınanmalıdır.

Ölkə başçısı İlham Əliyev demişkən bu Vətən Müharibəsi bizə dost və düşmənimizi ayırd etməyə imkan verəcək.


Qeyd edək ki, hər 4 şəbəkə ilə səhifələrində qeyd olunan telefon nömrələri ilə əlaqə saxlayıb sorğularımıza cavab almaq istəsək də, cəhdlərimiz baş tutmadı.
Teref.az yazır ki, sözü gedən məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.