Hikmət Hacıyev Bərdədə diplomatlar ola-ola şəhərin vurulmasından danışdı

29-10-2020, 14:53           
Hikmət Hacıyev Bərdədə diplomatlar ola-ola şəhərin vurulmasından danışdı
Prezidentin köməkçisi Hikmət Hacıyev hazırda diplomat korpusla birgə Bərdə rayonunda olarkən oranın Ermənistan tərəfindən atəşə tutulmasına münasibət bildirib.

Hikmət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, Ermənistan cinayətlərinin həddi-hüdudunun olmadığını göstərir:

“Onlar hətta diplomatik korpusu, digər ölkələrin diplomatlarını, vətəndaşlarını da təhlükə altına qoya biləcək xəyanətkar, alçaq əməlləri həyata keçirə bilərlər. Amma diplomatların bura gəlməsi könüllüdür, biz onları məcbur edə bilmərik.

Onlara təklif etmişik ki, bu cinayəti beynəlxalq ictimaiyyətə göstərmək istəyirik, əgər iştirak etmək istəyirsinizsə, buyurun. İndi biz Tərtər şəhərinə gedirik, diplomatlara da təklif etdik və müəyyən risklərin də olduğunu bildirdik. Dedik kim getmək istəmirsə, Bərdədə qala bilər. Amma onların hamısı getmək istəyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru